"Bayraktar TB2"lər daha bir TÜRK ÖLKƏSİNDƏ: prezident baxış keçirdi
Türkiyə istehsalı olan "Bayraktar TB2" pilotsuz uçan aparatları Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin xidmətinə verilib.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu gün, Qırğız Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin istifadəsinə verilmiş "Bayraktar TB2" pilotsuz uçan aparatlarına baxış keçirib", - məlumatda deyilir.
Qeyd edilib ki, dövlət başçısına bu cihazların idarəetmə sistemi haqqında məlumat verilib və onların iş prinsipi nümayiş etdirilib.
"Bu qurğular tamamilə respublika büdcəsindən ayrılmış vəsait hesabına alınıb və ölkənin müdafiə təhlükəsizliyinin təmin edilməsi, o cümlədən dövlət sərhədlərinin mühafizəsi üçün istifadə olunacaq", - mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl Qırğızıstan hakimiyyəti "Bayraktar TB-2" və bir neçə rusiyalı "Orion" pilotsuz uçan aparatları almaq niyyətində olduqlarını açıqlamışdı.
Hüseyn

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var