Bayram ərəfəsində süni qiymət artımı
"Azərbaycanda hər bayramda bahalaşma müşahidə edilir".
KONKRET.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Ekspert bildirib ki, Avropa, Türkiyədə bayram ərəfəsində qiymətlər aşağı düşəndə Azərbaycanda, əksinə, məhsulların və xidmətlərin bahalaşma prosesi gedir:
"Nə qədər ki, inhisarçılığa son qoyulmayıb, bu proses davam edəcək. Hazırda bayrama çox az qalıb. Bütün sahələrdə, o cümlədən turizm sektorunda da canlanma yaranıb. Alış-veriş məkanlarında dövriyyə artmaqdadır. Yeni illə bağlı oyuncaqlar, yolkalar, geyimlər və s. sahələrdə dövriyyə artmaqdadır. Bu proses bayrama qədər davam edəcək".
Akif Nəsirli qeyd edib ki, hansı sahələrdə dövriyyə artırsa, orada qiymət artımı gözləniləndir:
"Rəqabətli bazardan fərqli olaraq inhisarçı bazarların mahiyyəti bu cürdür. Lakin rəqabətli bazarda dövriyyə artdıqca sahibkarın qazancı çoxalır və rəqibi üzərində üstünlük əldə edə bilmək üçün qazancının bir hissəsindən keçərək qiymətləri aşağı salır. İnhisarçı bazarda isə rəqib olmadığına görə dövriyyə artdıqca öz qazancını artırmaq üçün qiymətləri qaldırır".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR