Bayram gəlir, yaz gəlir, Tamla endirim gəlir
Tamstore Marketlər Şəbəkəsi mart ayında bayramlara özəl olaraq 3500-dən çox məhsulda xüsusi endirimlərə start verdi.
azxeber.com xəbər verir ki, 5–24 mart tarixlərini əhatə edəcək "Bayram gəlir, yaz gəlir, Tamla endirim gəlir" kampaniyası çərçivəsində bayram süfrəsi üçün lazım olan qida məhsulları və "Bahar Təmizliyi" üçün qeyri-qida məhsulları böyük endirimlərlə təqdim edilir. Məqsəd yalnız qiymət üstünlüyü deyil, çərşənbə axşamlarından Novruz bayramına qədər bütün hazırlıqları daha rahat, daha sərfəli və daha zövqlü etməkdir.
Bundan əlavə, 16–22 mart tarixlərində "Şirniyyat Festivalı" çərçivəsində ədədli şirniyyatlar və çəkili konfetlər endirimlərlə alıcılara təqdim ediləcək. 17–22 mart tarixlərində isə "Bayram Şirniyyatları Festivalı" keçiriləcək. Festival zamanı şəkərbura, qoğal, paxlava və digər ənənəvi ləzzətlər xüsusi təkliflərlə satışda olacaq.
Məlumat üçün bildirək ki, paralel olaraq mart ayı endirim jurnalında "Bahar təmizliyi" istiqaməti üzrə təmizlik və gigiyenik vasitələr böyük endirimlərlə təqdim edilir. Bununla da bayram öncəsi evlərin təmizlənməsi və yenilənməsi üçün zəruri məhsullar sərfəli qiymətlərlə alıcılara çatdırılır.
TAMSTORE mart ayı boyunca bayram süfrəsi, şirniyyat seçimi və bahar təmizliyi üçün kompleks alış-veriş imkanını bir məkanda təqdim edərək müştərilərinə həm qənaət, həm də rahatlıq təklif edir.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb