Bayramov Fələstinin səfirini qəbul etdi
Xarici işlər naziri Ceyhun Bayramov Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
KONKRET.azxəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Ceyhun Bayramov ölkədə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Fələstin münasibətlərinə verdiyi töhfəyə görə səfir Nasir Əbdülkərimə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səfirin ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunması münasibətilə nazir səfirə öz təbriklərini çatdırıb və ordeni təqdim edib.
Görüşdə Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran mövzular, habelə regional vəziyyət müzakirə olunub.
Səfir Nasir Əbdülkərim 14 ilə yaxın müddətdə Fələstinin dost Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurla xatırlayacağını vurğulayaraq, cənab Prezident tərəfindən ali ordenlə təltif olunması və ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir