Bayramov: "Rusiya şirkətlərinin Qarabağın bərpasına yüksək marağını müşahidə edirik
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üzrə layihələrdə birgə iştirak əməkdaşlığın vacib elementlərindəndir".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.
"Rusiya şirkətlərinin Qarabağın bərpasına yüksək marağını müşahidə edirik", - o deyib.
Onun sözlərinə görə, əməkdaşlıq sahəsində konkret nəticələr əldə olunub: "2021-ci il oktyabrında Şərqi Zəngəzur iqtisadi rayonundakı sənaye parkı ərazisində KAMAZ və Gəncə Avtomobil Zavodunun birgə müəssisəsi yaradıldı. Dəmir yollarının bərpası üzrə Horadiz-Ağbənd layihəsini əsas layihələrdən biri kimi qeyd etmək olar. Dəmiryolu relslərinin tədarükü Rusiya şirkəti tərəfindən həyata keçirilir. İyirmi min ton dəmiryolu relslərinin tədarükü haqqında müqavilə var ki, artıq bunun 1/3 hissəsindən çoxunun tədarükü həyata keçirilib".
XİN rəhbəri vurğulayıb ki, onlarla Rusiya şirkəti bu cür layihələrdə iştirak üçün müraciət edib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?