Bazarda işləyən müğənni: "Efirə çıxandan sonra işimi itirdim

Bazarda işləyən müğənni: "Mənim həmişə səsim olub. 24-25 yaşımda həyat yoldaşımdan ayrıldım. Qohum-əqraba mənə çox təzyiq etdi ki, ayrılma. Ona görə mən qohumların 50 faizini itirdim. Düşündüm ki, oxumağa başlasam, onları tamamilə itirərəm. Mən də tək, kimsəsiz qız idim. Bir kasıb qardaşım var idi. İllər keçəndən sonra gəlib meyvə-tərəvəz satılan topdansatış yerində işlədim. Kartof təmizləyəndə bir mahnı oxumuşdum. Uşaqlar çəkib "TikTok"a yerləşdirmişdilər. Video internetə yüklənəndən 3 gün sonra bütün sosial şəbəkələrdə məşhurlaşdım. Məni efirə dəvət etdilər".
Bunu Moderator.az-a bazarda kartof təmizləyərkən oxuduğu ifaları ilə məşhurluq qazanan Elnarə Vahidova deyib.
O, daha sonra məşhurluğun ona pul qazandırmadığını deyib.
"Tanınmaq mənə yetmədi, o gün, bu gün işimi də itirdim. 4-5 ay efirdə olduğum üçün meyvə-tərəvəz yerinə başqasını işə götürdülər. Məşhurluğumdan zərbə aldım, pul qazanmadım, toylarım olmadı. Mən istərdim ki, yenidən efirə qayıdım. Yenə də köhnə işimə qayıtmışam. Bu günlərdə "Salam mənim cavanlığımın oğrusu" mahnısını ifa etdim. Bu mahnı məni yenidən tanıtdı. Fəhlə işləyirəm, qışın soyuğunda betonun üstündə, istidə asfaltın üstündə oluram. İşim meyvə-tərəvəz çeşidləməkdir. Yaxşı bir müəllim istəyirəm ki, mənə toy repertuarını öyrətsin, toylara gedim. Mahnıları yalnız qulaq asmaqla öyrənirəm. Çox əziyyət çəkirəm. O qədər köməyə ehtiyacım var ki", - deyə Elnarə Vahidova deyib.
Elnarə Vahidova bildirib ki, bir neçə sənətkarımızdan dəstək istəsə də, həmin şəxslər ona köməklik etməyib.
"Mənim Xalq artisti Alim Qasımova böyük hörmətim var. Şamaxı-Şirvan məktəbinin ağsaqqalıdır. Onunla görüşdüm. Dedi ki, mən toylara getmirəm, toya getsəm, sən bir bayatı oxusan, səni dünya tanıyar. Bir neçə il bundan əvvəl Nazpəri Dostəliyeva və Mələkxanım Əyyubova ilə görüşmək üçün bir musiqi məktəbinə getdim. Nazpəri xanım orada yox idi. Bir mahnı oxudum, Xalq artisti Canəli Əkbərov içəridən gəldi. Dedi ki, nə gözəl səsdir! Mələkxanım Əyyubova heç mənə tərəf baxmadı da. Maraqlanmadı ki, bu oxuyan kimdir?! Elnarə Abdullayeva ilə də görüşmüşəm. Mənə kömək etmək əvəzinə dedi ki, get 300 manat tap ver bir müəllimə, sənə hərfləri öyrətsin. Elnarə deyərdi ki, gəl 300 manat verib, səni müəllim yanına aparacağam. Ən azından bunu edə bilərdi Elnarə! Heç biri mənə dəstək olmayıb. Hətta əməliyyatım üçün Elnarə Abdullayevdan 150 manat pul istədim, vermədi. Halbuki 500 manat düzətmişdim, 150 manat çatmırdı. Bu gün Şamaxı musiqi məktəbinin heç bir yetirməsi mənə dəstək olmayıb", - deyə müsahib bildirib. / azxeber.com

Sosial       Tarix: 13 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun az xeber en son xeber xabar az