Bazarlarda yay bahalaşmasına hazır olun — SƏBƏBLƏR

Bazarlarda yay bahalaşmasına hazır olun — SƏBƏBLƏRMay ayı ərzində təbiət hadisələrinin – leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil.
KONKRET.azxəbər verir ki, bu barədə "Trend"ə Kənd Təsərrüfatı Nazirliyinin İctimiayyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.
O bildirib ki, bölgələrdə hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatlarını sığortalamış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna müraciətlər daxil olmaqdadır:
"Müraciətlər əsasında fond tərəfindən fermerlərə dəymiş zərərin müəyyən olunması üçün müstəqil sığorta ekspertlərinin bölgələrə ezam olunması təmin edilir. Ekspertlər tərəfindən dəymiş zərər müəyyən olunduqdan sonra sığorta ödənişlərinin edilməsi barədə qərar qəbul olunacaq".
KTN rəsmisi "may ayı ərzində təbiət hadisələrinin – leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil" desə də, ekspertlər fərqli düşünür.
Məsələn, bazarda gündəlik qiymət dəyişikliklərini görə bilərik. Yerli istehsalın böyük hissəsi ixraca da yönəlib. İstehsalın həcmi isə o səviyyədə deyil ki, həm xaricə satmağa kifayət etsin, həm də daxili bazarda bolluq yaratsın. Daxili istehsalçılar isə onları qiymət artımında günahlandırmağı doğru saymırlar. "Hər şeyin qiyməti qalxırsa, biz öz məhsullarımızı niyə ucuz sataq" deyirlər.
İqtisadçı ekspert Eldəniz Əmirov "Yeni Müsavat"a bildirdi ki, sığorta və ixrac məsələsi kənd təsərrüfatı sahəsində təzadlı vəziyyət yaradır.
Ekspert kənd təsərrüfatı sahəsindəki fəaliyyətin sığortalanmasının sahibkarlar, o cümlədən istehlakçılar üçün son dərəcədə zəruri olduğunu vurğuladı:
"Risk hadisəsinin baş vermə ehtimalı o qədər çoxdur ki, şirkətlər bu fəaliyyət sahəsini sığortalamaqda maraqlı olmurlar. Kütləvi zərərödəmə sığorta şirkətlərinə baha başa gəlir. Yüksək sığorta haqlarının formalaşması məhsulun qiymətinə mənfi təsir göstərir. Sığorta olmasa, sığorta hadisəsi baş verən zaman sahibkar zərər görür, bazara mənfi təsir olur – məhsul azalır, bu da qiymətin artmasına təkan verən amilə çevrilir. Eyni zamanda ixracın artması da təsiredici amildir. Rəqəmlər bunu deməyə ciddi əsas verir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının, ələlxüsus meyvə-tərəvəzin qiymətində artım dinamikası təkcə paytaxt Bakıda deyil, bir çox regionda müşahidə olunur.
Birinci səbəb inflyasiyadır. Gübrənin qiymətinin həddən artıq baha olması da məhsulun maya dəyərinin formalaşmasında önəmli rol oynayır. İxrac səviyyəsinin artması da məhsulların daxili istehlaka yönəlməsində azalmalara, o cümlədən ixracla münasibətdə ikinci sırada yer almasında gətirib çıxarır. 2011-ci ildən kənd təsərrüfatı məhsullarının ixrac səviyyəsi sürətlə artıb, 2020-ci ildə pandemiyaya baxmayaraq, 762 milyon dollara çatıb. 2022-ci ildə aqrar sənaye məhsullarının ixrac dəyəri təxminən 913 milyon dollar olub. Bu, 2021-ci illə müqayisədə 12% artıqdır. İxracın həcminin kəskin şəkildə artması müsbət hal olsa da, daxili bazarın təchizatında müəyyən çətinlik yaradır. Bu gün qiymət artımına səbəb olan faktorlardan biri ixraca ciddi dəstəyin göstərilməsidir".
Təbiət hadisələrinin daxili bazara vurduğu zərəri şərh edən ekspert hesab edir ki, hər il fermerlər bir sıra çətinlik yaşayırlar: quraqlıq, qar yağması, sel və s. Kütləvi zərərin qıtlığa səbəb olduğunu deyən E.Əmirov bunun qiymət artımına gətirib çıxardığını bildirdi:
"Sığorta həcmi nə qədər yüksək olsa da, məhsulun qiymətinə müsbət təsir göstərə bilmir. Sığorta, sadəcə, sahibkarlıq fəaliyyətini stimullaşdıra bilər".
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli bildirdi ki, qeyri-sabit hava şəraiti kənd təsərrüfatı məhsullarının çatdırılmasında ciddi çətinlik yaradır.
Ekspert hesab edir ki, logistikada yaranan problemlər qiymətlərə müəyyən dərəcədə təsir edə bilər:
"Hava şəraiti düzələn kimi qiymətlər də stabilləşəcək. Qeyri-sabit hava bəzi məhsulların qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Yağıntının çox düşməsi ilə əlaqədar buğdanın, arpanın məhsuldarlığı artıb, nəticədə bu məhsulların qiyməti aşağı düşüb. Ümumiyyətlə, yay mövsümü məhsulun bol olan vaxtıdır. Buna görə də sentyabra qədər qiymət artımı olmayacaq, əksinə, enmə müşahidə olunacaq".

Sosial       Tarix: 17 may 2023
f Paylaş

Oxşar xəbərlər

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

60 yaşlı kişi kanalda batdı

Ağdaş sakini kanalda boğularaq ölüb. Hadisə iyunun 17-si saat 10 radələrində rayonun Qarağan Şıxlar kəndində baş verib. Kənd sakini 1966-cı il təvəllüdlü Zahir Zakirov kəndin ərazisindən keçən Şirvan su kanalına düşüb. Z.Zakirovu

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur - İlahiyyatçı

Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan aylardan biri hesab olunur və müsəlman təqviminin ilk ayıdır. Bu ay xüsusilə faciəli tarixi hadisələr və dini-mənəvi dəyərlərlə əlaqələndirilir. Əsasən də səbr, ibadət

​Yay aylarında bu balıqları yeməyin

Sağlam və balanslı qidalanmanın əsas şərtlərindən biri olan balıq, tərkibindəki omeqa-3, vitamin və minerallarla hər fəsildə süfrələrimizin bəzəyinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yay aylarında dəniz suyunu

Qızıl son günlərdə ilk dəfə 4 200 dollardan aşağı düşdü

Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların dəyərində eniş qeydə alınıb. Qızılın qiyməti son günlərdə ilk dəfə olaraq bir unsiya üçün 4 200 dollar həddinin altına düşüb. xəbər verir ki, "Comex" birjasını

AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 22-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. -a AMB-dən verilən məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat təşkil edib. Digər əsas valyutalara gəlincə

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 19-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərind

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edlən malların əhatə dairəsi genişlənir. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında"

Kriptovalyuta bazarında düşüş: Bitcoin və Ethereum son sutkada dəyər itirdi

Kriptovalyuta bazarında satış təzyiqi güclənib. Bazar dəyərinə görə ən böyük iki rəqəmsal aktiv olan "Bitcoin" və "Ethereum" son sutkada dəyər itirib. milliaz-a istinadən xəbər verir ki, binance birjasını


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər maliyye xeberler bugun axsam az xeberler ən son xeberler