Bəhram Bağırzadə ECMO cihazından ayrılıb

Bəhram Bağırzadə ECMO cihazından ayrılıb"Bildiyiniz kimi, Bəhram Bağırzadənin müalicəsi 17 günə yaxın idi ki, ECMO cihazına bağlı olaraq davam etdirilirdi. ECMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq dünən saat 11 radələrində ECMO cihazından ayırma qərarı verilib".
Open.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi Təcrübi və Tədris Mərkəzi"nin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, hazırda süni tənəffüs aparatı vasitəsiylə özünün ağciyərinin köməyi ilə digər orqanların oksigenlə təminatı mümkün olmaqdadır:
"Eləcə də ağciyərlərin rentgen görüntülərində son bir həftə içində seyir edilən müsbətə doğru dəyişikliklər bizi sevindirməkdədir. Dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırılan Bəhram Bağırzadənin hələ ki, komadan oyandırılması cəhdi düşünülmür. Hazırda ehtimal edilən bakteriyal superinfeksiyalar nəzarətə alındıqdan sonra, qarşıdakı 3-5 gün ərzində bədənin bütün orqanlarına öz ağciyərləri vasitəsiylə kifayət qədər oksigen təminatı müşahidə olunarsa, eyni zamanda ağciyərlərində bu günə qədər izlənilən müsbət dinamika davam edərsə komadan oyandırma və süni nəfəs aparatından ayırma planları qurula bilər. İntensiv müalicəsi davam edən xəstəyə tibbi nöqtəyi nəzərdən ehtiyyac olan bütün müalicələr tətbiq olunur, lakin gedişatın nəticəsi barədə indidən dəqiq məlumat vermək əfsuslar olsun ki, mümkün deyil. Reanimatoloq, infeksiyonist, pulmunoloq və diyər aidatı ekspertlerin rəyləri ümid vericidir. Bu mərhələyə qədər olan tədbirlər uğur kimi sayıla bilər, amma ağciyərin bundan sonrakı fəaliyyəti zamanla özünü göstərəcək".
Qeyd edək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

Şou Biznes       Tarix: 01 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl


son xeberler azerbaycan xeberleri yeni xeberler hava proqnozu xeberlər xeber.az 2026 valyuta mezenesi