Bəhreyn nümayəndə heyəti 7 ildən sonra İrana SƏFƏR EDƏCƏK
Bəhreyn nümayəndə heyəti 7 ildən sonra diplomatik əlaqələrin kəsildiyi İrana səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Bildirilib ki, Tehran-Manama diplomatik əlaqələrinin bərpası istiqamətində aparılan danışıqlar çərçivəsində Bəhreyn nümayəndə heyəti İrana səfər edəcək.
Qeyd olunub ki, Tehran və Ər-Riyad arasında münasibətlərin yenidən başlaması ilə bağlı razılaşmanın ardından İran nümayəndə heyəti ötən günlərdə Bəhreynə gedib və Manamadakı səfirliyi ziyarət edib.
Bəhreyn-İran münasibətləri
Qeyd edək ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında Şiə din xadimi Nimr ən-Nim də daxil olmaqla 47 nəfərin terrorçuluq ittihamı ilə edam edilməsindən sonra İranda nümayişçilər Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyini və Məşhəddəki konsulluğunu yandırıblar. Hadisələrdən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib. Körfəz və ərəb ölkələrinin əksəriyyəti Ər-Riyadın bu qərarını dəstəkləyib. Bəhreyn də 2016-cı ilin yanvarında İranla diplomatik əlaqələri kəsdiyini elan edib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir