Belarus Prezidenti Füzuli rayonuna səfər edib

Belarus Prezidenti Füzuli rayonuna səfər edibAzərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib.
APA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları barədə məlumat verdi.
Bildirildi ki, "Qarabağın hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilib. Ən müasir səviyyədə inşa olunan bu aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinə xidmət etməyə imkan verir. Zəngilan Beynəlxalq Hava Limanının açılışı 2022-ci il oktyabrın 20-də olub. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının inşasının bu il tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanları bölgəyə səfərə gələnlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verməklə, ümumilikdə Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq. / konkret.az

Hadisə     Baxılıb: 290   Tarix: 18 may 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

FHN-dən təhlükəli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 7-nə kimi ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və bir sıra ərazilərdə arabir güclü külə

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerik rayonunda bədbəxt hadisə baş verib. "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Laman kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Cəfər Əbdül oğlu Mirzəzadəni həyətlərində ildırı

Biləsuvarda həkim ürəktutmadan vəfat etdi

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının həkimi vəfat edib. KONKRET.azxəbər verir ki, xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin həkimi Bayraməli Süleyman oğlu Bayramov ürəktutmasından vəfat edib. Mərhum uzu

Biləsuvarda qadın həyat yoldaşını bıçaqladı

Biləsuvar rayonunun Bağbanlar kəndində ailədaxili münaqişə nəticəsində qadın həyat yoldaşını bıçaqlayıb. "Teleqraf"a istinadən xəbər verir ki, əslən Yardımlı rayonundan olan, 1970-ci il təvəllüdlü Balahəsən Ağahüsey

Xaçmazda tiktoker həbs olundu

"TikTok" sosial şəbəkəsində təhqiredici ifadələr səsləndirən tiktoker məsuliyyətə cəlb olunub. -ın məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən müvafiq tədbirlər nəticəsində Fikrə

62 yaşlı qadın dəm qazından boğularaq öldü

Göygöldə zəhərlənmə hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Bəhrəmbağı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1964-cü il təvəllüdlü İ.Allahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından boğulara

IV kurs tələbəsi vəfat etdi

Odlar Yurdu Universitetinin tələbəsi vəfat edib. xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, mühasibat ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Quliyev Əli Əlipənah oğl

Canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib

Zaqatalada canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib. KONKRET.azxəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Car kənd inzibati ərazisinə aid olan Axaxdərə kəndində baş verib. Belə ki, canavar evin həyətyan

Qadın oğlunu 25 min dollara satmağa cəhd etdi

Altı yaşlı oğlan uşağının potensial "alıcısı" bu barədə Ukrayna hüquq-mühafizə orqanlarına müraciət edib. Volında 38 yaşlı qadın 6 yaşlı oğlunu satmağa cəhd etdiyinə görə həbs edilib. O, uşağı üçün 25 min dolla


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda xəbər son.xeberler maşın realiti şou