Belarus Rusiyadan təzminat tələb etdi
Minsk Moskva qarşısında Belarus Atom Elektrik Stansiyasının (BNES) istismara verilməsinin gecikməsinə görə kompensasiya məsələsini qaldıracaq.
KONKRET.azxəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Rusiya tərəfinə görə AES-in istismara verilməsində bir qədər gecikmə oldu. Təbii ki, razılaşmaya əsasən, biz onların qarşısında kompensasiya məsələsini qaldırdıq. Bunu gizlətməyə ehtiyac yoxdur. Lakin stansiyanın istismara verilməsi müddətləri pozulduğu üçün Rusiya tərəfi məsuliyyət daşıyır", – Lukaşenko deyib.
Lukaşenko eyni zamanda bildirib ki, Rusiya Belarusa daxili qiymətə və beş il zəmanət müddəti ilə təzə nüvə yanacağını təklif edib.
"Bunun Belarusu qane edib-etmədiyini bu gün mənə deyəcəksiniz. Rusları lazımsız yerə sıxmamalıyıq. Rosatomun etdiyi güzəştlər Belarus tərəfi üçün yetərlidirmi?" – o, qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ