Belə "manıs"lara niyə pul xərcləyirlər? – Əbdül müğənni Nəfəsi biabır etdi

Belə Müğənni Nəfəsin "7 Canlı" verilişində etdiyi son açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
İfaçı efirdə avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən az istifadə etməsindən və bu qayda pozuntusuna görə tez-tez cərimələndiyindən ağız dolusu danışıb.
Təbii ki, onun bu fikirləri birmənalı olaraq ictimai qınağa tuş gəlib.
azxeber.com xəbər verir ki, Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirən Xalq artisti Əbdül Mahmudov bildirib ki, Nəfəsin belə danışmasının günahı birinci xalqda, ikincisi isə televiziyalardadır: "Adamlar balasının boğazından, gündəlik yemək-içməyindən kəsib illərlə pul yığıb toy edirlər. Toyda da yığılan pulun yarısını şadlıq evinə, yarısını da "manıs"lara verirlər. Hətta toydan borcla çıxanlar da olur. Amma belə "manıs"lara həvəslə pul xərcləyirlər. Xalqın min-bir zəhməti ilə qazandığı 5-10 mini bir günə qatlayıb cibinə qoyan "manıs" da elə bu cür danışacaq.
Günahın hamısı xalqdadır. Xalq pulunu kimə və nəyə görə verdiyini bilmirsə, Nəfəsdə nə günah var?! Nəfəs hələ az eləyir, belə məsuliyyətsiz danışır. Gərək bundan artığını deyə bu xalqa. Bu işdə televiziyaların da günahı az deyil. Efirdə sənətdən, sözdən yox, hansısa "manıs"ın avtomobil sürməsini, nə geydiyini, harda yatdığını müzakirə edirlərsə, bunda Nəfəsin nə günahı var?! Günah həmin televiziyaların rəhbərlərindədir".
Bəs, Nəfəsin bu etirafları hansı hüquqi və mənəvi məsuliyyət yaradır?
Bu suala isə hüquqşünas Əsabəli Mustafayev aydınlıq gətirdi:
"Bu çıxış yalnız mənəvi məsuliyyət yaradır. Yəni, açıqlama hadisədən bir müddət sonra verilib. Bizim həm İnzibati Xətalar, həm də Cinayət Məcəllələrində şəxsin hansısa etirafı sübut sayılmır. Bunun üçün digər sübutlar tələb olunur. Yalnız bundan sonra etirafçı məsuliyyətə cəlb edilə bilər.
Belə vəziyyətdə bu cür fikirlər səsləndirən şəxs ancaq ictimai qınaqla üzləşir. İctimaiyyət qarşısına çıxan adam özünə və sözünə hörmət etməli, fikir verməlidir.
Əksinə tanınmış simalar efirdən nümunəvi hərəkətlərindən danışmalı və tamaşaçıları da qanuna hörmət etməyə çağırmalıdırlar. Mənim şəxsi qənaətim budur ki, bu cür danışıq sahiblərini televiziyaya buraxmaq olmaz. İctimaiyyət qarşısına qanuna hörmət edən insanlar çıxarılmalıdır".

Şou Biznes       Tarix: 03 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu novruz bayramı xeber.az 2026 xeberlər