Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA

Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA"Bələdiyyə sənədinin mövcudluğu öz-özlüyündə torpaq sahəsinə çıxarış verilməsi üçün kifayət etmir. Əsas məsələ torpağın hansı hüquqi əsasla, hansı tarixdə, hansı prosedurla və hansı səlahiyyətli bələdiyyə tərəfindən ayrılmasıdır".
Bu sözləri azxeber.com-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli deyib. O qeyd edib ki, bu məsələyə yalnız vətəndaşın əlində sənədin olub-olmaması prizmasından yanaşmaq düzgün deyil:
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA"Burada mülkiyyət hüququnun yaranması, torpaqayırma prosedurunun qanuniliyi, torpağın hüquqi statusu və dövlət qeydiyyatının şərtləri birlikdə qiymətləndirilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri qurumunun rəsmi izahına əsasən: 1 dekabr 2007-ci ilədək yaşayış evinin tikintisi məqsədilə bələdiyyə tərəfindən ayrılmış torpaqlar üzrə bələdiyyə qərarı və alqı-satqı aktı hüquqların qeydiyyatı üçün əsas sənədlər sırasındadır. 1 dekabr 2007-ci ildən sonra torpağın əldə edilməsi zamanı, qanunvericiliyin tələb etdiyi hallarda, hərrac protokolu və hərracın nəticələrinə uyğun bağlanmış alqı-satqı müqaviləsi tələb olunur. Vətəndaşın əlində yalnız bələdiyyə sədrinin imzaladığı arayışın və ya torpaq ayrılması haqqında qərarın olması ilə kifayətlənmək olmaz. Hüquqi baxımdan bəzi sənədlərin mövcudluğu və qarşılıqlı uyğunluğu araşdırılmalıdır: Torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarılədiyyə ilə vətəndaş arasında bağlanmış alqı-satqı müqaviləsi və ya qanunvericiliyə uyğun alqı-satqı aktı, torpaq sahəsinin planı və ölçüsü, tətbiq edildiyi halda torpaq hərracının nəticələrinə dair protokol, torpağın bələdiyyə mülkiyyətində olduğunu və qanuni qaydada özgəninkiləşdirildiyini təsdiq edən məlumatlar". 
Ekspert ən çox rast gəlinən problemlərdən danışıb:
"Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmadığı halda onun satılması, torpaqayırma qərarının bələdiyyənin səlahiyyət həddini aşmaqla qəbul edilməsi, qanunla tələb olunan hərrac və ya müsabiqə prosedurunun keçirilməməsi, torpaq sahəsinin başqa şəxsin mülkiyyətində və ya istifadəsində olması, torpağın dövlət ehtiyacları, yol, kommunikasiya, mühafizə və digər xüsusi rejimli ərazilərə aid olması, torpaq sahəsinin sərhədləri, ölçüləri və təyinatı ilə bağlı uyğunsuzluqlar, təqdim olunan sənədlərin saxta, etibarsız və ya hüquqi baxımdan yetərsiz olması ən çox rast gəlinən problemlərdəndir. Xüsusilə vurğulamaq lazımdır ki, bələdiyyənin qərar qəbul etməsi onun istənilən torpaq sahəsini vətəndaşa vermək hüququnun olması demək deyil. Bələdiyyə yalnız qanunla ona məxsus olan torpaq üzərində, müəyyən edilmiş prosedurlara riayət etməklə sərəncam verə bilər. Əgər qeydiyyatdan imtina edilirsə, imtinanın şifahi izahı ilə kifayətlənməməli, onun hüquqi və faktiki əsaslarını əks etdirən yazılı qərar əldə etməlidir. Bələdiyyənin torpaqayırma qərarının qanuniliyi araşdırılmalıdır. Torpağın həmin tarixdə bələdiyyə mülkiyyətində olub-olmadığı müəyyənləşdirilməlidir. Torpaqayırma sənədlərinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalıdır. İmtina qərarının qanunsuz olduğu müəyyən edilərsə, müvafiq inzibati və məhkəmə müdafiəsi mexanizmlərindən istifadə edilməlidir".
Fərid Cəfərli vurğulayıb ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsi qanuni qaydada qəbul edilmiş bələdiyyə aktlarını dövlət qeydiyyatı üçün hüquqi əsaslardan biri kimi tanıyır:
"Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarı da qeydiyyat üçün əsas ola bilər Mən hesab edirəm ki, bələdiyyə sənədi ilə torpaq əldə etmiş vətəndaşların qarşılaşdığı problemlərə yanaşmada iki mühüm prinsip qorunmalıdır. Birinci prinsip qanunçuluqdur. Dövlət torpaq münasibətlərində qanun pozuntularına, torpaqların qanunsuz özgəninkiləşdirilməsinə və mülkiyyət hüququnun əsassız rəsmiləşdirilməsinə yol verməməlidir. İkinci prinsip hüquqi müəyyənlik və vətəndaşın qanuni mənafeyinin qorunmasıdır. Vətəndaşın uzun illər əvvəl dövlətin tanıdığı yerli özünüidarə orqanının qərarı əsasında torpaq əldə etməsi, müqavilə bağlaması və ödəniş etməsi hüquqi qiymətləndirmə zamanı diqqətdən kənarda qalmamalıdır. Əgər bələdiyyə torpağı qanuni əsaslarla satıbsa, vətəndaş müqavilə üzrə öhdəliklərini yerinə yetiribsə və torpağın hüquqi statusu qeydiyyata mane olmursa, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcuddur
Digər tərəfdən, bələdiyyənin qanunsuz qərarı ilə əldə edilmiş torpaq üzərində hüququn avtomatik olaraq tanınmasını da düzgün hesab etmək olmaz. Burada dövlətin vəzifəsi yalnız sənədləri formal yoxlamaq deyil, hər bir konkret halı onun yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik əsasında obyektiv araşdırmaqdır".
Aynur Babazadə

Sosial       Tarix: 30 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR

Hörmüz boğazı və ətraf ərazilərdən keçən sualtı internet kabellərinin sıradan çıxması beynəlxalq məlumat mübadiləsində ciddi problemlər yarada bilər. Belə bir vəziyyət Azərbaycanın internet bağlantısına, bank əməliyyatların

Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ

WhatsApp hesablarının ələ keçirilməsi məqsədilə istifadəçilərə göndərilən birdəfəlik təsdiqləmə kodları ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi istifadəçilərə WhatsAp

Borcunu ödəməyənləri yeni aqibət gözləyir – Milli Məclisdən qərar

Milli Məclisin bugünkü plenar iclasında borc tələbinin borclunun qiymətli kağızlarına yönəldilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib. KONKRET.azyenisabah-a istinadən xəbə

Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda körpə pilləkəndən yıxılaraq ölüb. xəbər verir ki, Sabunçu qəsəbə sakini 2024-cü il təvəllüdlü A.İ qonşusunun evində pilləkənlərdən yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 17 yaşlı oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində baş verib. Məlumata görə, mübahisə zamanı 2010-cu il təvəllüdlü Oktay Rövşən oğlu İsmayılov Xəyal Sərxa

Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb

Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb. xəbər verir ki, Qədimqala kənd sakini, 1961-ci il təvəllüdlü Rasət Vaqif oğlu Quliyev həmkəndlisi 1967-ci il təvəllüdlü Nazim Əli oğlu Hüseynovun yaşadığı evdə təmir işləri görərkə

Azərbaycanın valyuta ehtiyatları ilə bağlı xoş xəbər

Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. O bildirib ki, mövcu

Ərzaq, yanacaq, kommunal xidmətlər… - Azərbaycanda bahalaşma mənzərəsi

Son illər Azərbaycanda vətəndaşların gündəlik xərcləri artıb. Ərzaqdan tutmuş yanacağa, geyimdən kommunal xidmətlərə qədər bir çox sahədə qiymət dəyişiklikləri ailə büdcəsinə təsir göstərir. İnsanlar əvvəlki illərlə müqayisəd

Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil edib. xəbər verir ki, bu barədə Mərkəz


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az valyuta mezennesi 2026 son xəbərlər maraqlı xəbərlər