Ərzaq, yanacaq, kommunal xidmətlər… - Azərbaycanda bahalaşma mənzərəsi

Ərzaq, yanacaq, kommunal xidmətlər… - Azərbaycanda bahalaşma mənzərəsiSon illər Azərbaycanda vətəndaşların gündəlik xərcləri artıb. Ərzaqdan tutmuş yanacağa, geyimdən kommunal xidmətlərə qədər bir çox sahədə qiymət dəyişiklikləri ailə büdcəsinə təsir göstərir. İnsanlar əvvəlki illərlə müqayisədə eyni məhsul və xidmətlərə daha çox pul xərcləməli olurlar.
Bəs 2020-ci ildən bəri Azərbaycanda ən çox hansı məhsul və xidmətlər bahalaşıb? Qiymət artımı illər üzrə necə dəyişib?
KONKRET.azxəbər verir ki, Dövlət Statistika Komitəsinin "Yeni Sabah" ın sorğusuna cavabına əsasən, 2026-cı ilin sentyabrında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvarı ilə müqayisədə 152,9 faiz təşkil edib. Bu isə həmin dövrdə ölkədə ümumi qiymət səviyyəsinin 52,9 faiz artması deməkdir.
Komitənin məlumatına görə, 2020-ci ildə ümumi istehlak qiymətləri əvvəlki illə müqayisədə 2,8 faiz artıb. 2021-ci ildə bu göstərici 6,7 faiz, 2022-ci ildə 13,9 faiz, 2023-cü ildə 8,8 faiz, 2024-cü ildə 2,2 faiz, 2025-ci ildə isə 5,6 faiz olub.
2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.
Qiymət artımının ən yüksək olduğu il isə 2022-ci il olub. Həmin il xüsusilə ərzaq məhsullarında bahalaşma qeydə alınıb. Belə ki, qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 19,5 faiz artıb. 2023-cü ildə bu göstərici 9,6 faiz, 2024-cü ildə 1,3 faiz, 2025-ci ildə 6,8 faiz təşkil edib. 2026-cı ilin ilk doqquz ayında isə ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz bahalaşıb.
Bəs son illərdə hansı məhsul və xidmətlərin qiyməti daha çox artıb?
Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlarda 2020-ci ilin yanvarı ilə müqayisədə 2026-cı ilin sentyabrında qiymət artımı qeydə alınan məhsullar arasında düyü, buğda unu, əla növ buğda çörəyi, mal və qoyun əti, toyuq əti, kərə yağı, zeytun və günəbaxan yağları yer alır.
Bundan başqa, alma, armud, göyərti, baş soğan, kartof, şəkər, şokolad və çay kimi gündəlik tələbat məhsullarının qiymətlərində də artım qeydə alınıb. Filtrli siqaretlər də bahalaşan məhsullar sırasındadır.
Qeyri-ərzaq məhsulları və yanacaq sahəsində də qiymət dəyişiklikləri baş verib. Komitənin məlumatlarında Aİ-92 markalı benzin, dizel yanacağı, qızıl və gümüş üzüklər də qiyməti artan məhsullar arasında göstərilib.
Bahalaşma yalnız məhsullarla məhdudlaşmayıb. Soyuq su təchizatı, kanalizasiya, tullantıların daşınması, təbii qaz təchizatı və mərkəzləşdirilmiş isitmə xidmətlərinin qiymətlərində də artım qeydə alınıb. Metro, şəhər və şəhərətrafı avtobuslarla sərnişindaşıma xidmətləri də bu siyahıda yer alıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilər 2020-ci ilin yanvarından 2026-cı ilin sentyabrınadək Azərbaycanda ümumi qiymət səviyyəsinin 52,9 faiz artdığını göstərir. Qiymət artımı xüsusilə ərzaq məhsulları və gündəlik tələbat xərclərində özünü göstərib.

Sosial       Tarix: 29 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Sabah 30 kənddə qaz olmayacaq

Sabah Şəkinin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saa

Pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Preziden

Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb

Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb. xəbər verir ki, Qədimqala kənd sakini, 1961-ci il təvəllüdlü Rasət Vaqif oğlu Quliyev həmkəndlisi 1967-ci il təvəllüdlü Nazim Əli oğlu Hüseynovun yaşadığı evdə təmir işləri görərkə

Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var

Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb. APA-ya istinadən xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran İbad Hüseynov baş verənlər barədə dərha

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 29-da uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, yuxarı həddi isə 7.5% səviyyəsində, faiz dəhlizini

Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama

Göygöl rayonunda musiqi müəlliminin məktəb daxilində canlı yayım açması və pedaqoji etika normalarına zidd davranışları səbəbindən əmək müqaviləsinə xitam verilməsi təhsil müəssisələrində sosial şəbəkələrdən istifadə məsələsin

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

Azərbaycanda dövlətin müstəsna iştirak etdiyi bəzi bazarların və xüsusi tənzimlənən infrastruktur sahələrinin mərhələli şəkildə rəqabətli bazar modelinə keçirilməsi imkanları araşdırılacaq. Milli Fəaliyyət Planına əsasən

Azərbaycanın valyuta ehtiyatları ilə bağlı xoş xəbər

Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. O bildirib ki, mövcu

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədidə bir ailənin 4 üzvünün yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.  "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Arazbar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1979-c


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az cəbhədən xəbər xeber.az 2026 son xeber az