Benzin və dizel bahalaşacaq

Benzin və dizel bahalaşacaqHazırda güclü tələb fonunda qlobal neft hasilatı imkanları məhduddur. Böyük Britaniyanın BP şirkətinin rəhbəri Mutrrey Okinklossun investorlarla söhbət zamanı deyib ki, dünyada dizel istehsalı güclərində çatışmazlıq var, gələcəkdə benzin istehsalı ilə bağlı da eyni vəziyyət yaranacaq. BP rəhbəri həmçinin, neft emalı sahəsində bir çox zavodların fəaliyyətini dayandırdığını bildirib. Bəs görəsən bu proqnozların fonunda dünyada və Azərbaycanda yanacaq məhsullarının qiymətində bahalaşma gözlənilirmi?
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov bilidirib ki, dünyada neft hasilatına əvvəlki kimi investisiya qoyulmur:
"Dünya bazarında özünü göstərən istənilən dəyişik təbii olaraq Azərbaycana da təsiri edir. "BP" rəhbərliyinin benzin və dizellə bağlı açıqlamasında müəyyən həqiqət var. 2021-ci ildən bəri neft hasilatına və neft ehtiyatlarının müəyyən edilib üzə çıxarılması üçün həyata keçirilən kəşfiyyat işlərinə çox az səviyyədə investisiya qoyulur. Ümumiyyətlə, məlum olduğu kimi, hər hansı bir sahəyə investisiya qoyulmadıqda həmin sahənin tənəzzülü başlayır. Əvvala, neftin qiyməti son vaxtlar çox tez-tez dəyişir və bu sahədə olan iri şirkətlər əllərindəki maddi imkanı istehsalata o qədər də yönləndirmir".
Ekspert yaxın gələcəkdə benzin və dizelin qiymətində bahalaşmanın olacağını istisna etməyib:
"Məsələn, elə "BP" şirkətinin özü Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə neft sahəsində investisiya qoyurdu. İndi isə dünyadakı geosiyasi vəziyyətə görə neft hasilatı ilə məşğul olan transmilli şirkətlər əvvəlki kimi gedib hansısa ölkədə investisiya yatırmağa həvəsli deyil. Bu isə bütün dünyada neft sənayesinə ciddi zərbə vurur. Neft emalı müəssisələri azalır. Əgər bu davamlı xarakter alarsa, bazarda neftdən alınan məhsulların, o cümlədən benzin, dizel kimi yanacaqların qiymətinin qalxması qaçılmaz olacaq. Belə bir ehtimal gözlənilir. Digər tərəfdən alternativ enerji mənbələri sayılan "yaşıl enerji"yə investisiya daha çox qoyulur. Avropada bir çox ölkələr artıq öz enerji tələbatlarını məhz alternativ enerji mənbələri hesabına ödəyir".

Sosial       Tarix: 10 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal xəbər.az krminal bu gun maraqlı xəbərlər