Beş ölkə Aİ-ni tərk edə bilər

Beş ölkə Aİ-ni tərk edə bilərYaxın gələcəkdə Yunanıstan, İtaliya, Fransa, Macarıstan və İsveç Avropa İttifaqından (Aİ) çıxa bilər.
KONKRET.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın "Daily Mail" nəşri yazıb.
Qeyd olunub ki, ittifaqda "qeyri-müəyyən" gələcək, məsələn, Yunanıstanı gözləyir.
Yunanıstan və onun Aİ tərəfdaşları arasında əsas gərginlik mənbəyi ölkədə 2009-cu ildə başlayan borc böhranı ilə bağlı olub. O vaxt Brüssel maliyyə yardımının göstərilməsi şərtlərini irəli sürüb və Yunanıstandan sərt qənaət tədbirləri tətbiq etməyi tələb edib. Afina bunu Yunanıstanı alçaltmaq cəhdi hesab edib.
Eyni zamanda bildirilib ki, bu gün Yunanıstanda avroskeptisizm digər Avropa ölkələrindən daha populyardır. Bu ilin fevralında "Eurobarometer"in keçirdiyi sorğunun nəticələrinə görə, yunanların 53%-i Aİ-nin gələcəyi ilə bağlı bədbin olduğunu, 60%-i isə Brüsselə etimad göstərmədiyini deyib.
Nəşr İtaliyanı da Aİ-nin fəaliyyətindən məyus olan ölkələr arasında göstərir. Məqalədə deyilib ki, son bir neçə ildə baş verən hadisələr İtaliya vətəndaşlarını Aİ-ni əvvəlkindən daha çox sorğulamağa vadar edib. Ölkə COVID-19 pandemiyasından ağır zərbə alıb və yardımın göstərilməsindəki ləngliyə və səmərəsizliyə görə Aİ-ni fəal şəkildə tənqid edib.
"Eurobarometer"in sorğusu göstərib ki, italyanların yalnız 50%-i Aİ-yə güvənir. Bir çoxları isə Baş nazir Corc Meloninin Brüsselin ölkəsinin daxili işlərinə nəzarəti necə zəiflətməsini düşündüyündən və bu məqsədlə sadəcə "vaxt apardığından" şübhələnirlər.
Nəşr qeyd edib ki, Aİ ilə Fransanın münasibətləri də gərgindir. Blokun yaradıcılarından biri olan bu ölkə uzun illərdir Aİ-nin ən qızğın tənqidçisi kimi çıxış edir. Vurğulanıb ki, çox sayda fransız ölkənin öz suverenliyini Brüsselin xeyrinə itirdiyindən və Milli Assambleya Partiyasının lideri Marin Le Penin məhz bu səbəbdən Fransada getdikcə daha çox populyarlıq qazandığından əmindir.
"Eurobarometer"in sorğusunun nəticələrinə görə, Fransa vətəndaşlarının 57%-i Aİ-yə inanmır, 50%-i isə blokun gələcəyinə şübhə ilə yanaşır.
Britaniya qəzeti "etibarsızlar" siyahısına İsveçin də adını daxil edib. Amma vurğulanıb ki, bu ölkənin yaxın gələcəkdə blokdan çıxması ehtimalı azdır. Bununla belə, qəzet İsveçin ikinci ən böyük partiyası olan İsveç Demokratlar Partiyasının lideri Yimmi Okessonun ötən həftə ölkənin Aİ-yə üzvlüyünün zəruriliyini yenidən nəzərdən keçirməyə və qiymətləndirməyə çağırdığını xatırladıb. O, Brüsselin ölkəsinin daxili siyasətinə həddindən artıq müdaxiləsinə qarşı çıxış edib. Partiya liderinin sözlərinə görə, Brüsselin səlahiyyətlərinin daim genişlənməsi o deməkdir ki, alman, polyak və ya fransız siyasətçilər hansı avtomobili ala biləcəyinizə, qazın nə qədər baha olmasına və sizin öz ərazinizdə hansı ağacı kəsə biləcəyinizə qərar verirlər.
Müəlliflərin fikrincə, Aİ-ni prezidenti Viktor Orbanın Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələri səbəbindən son vaxtlar Avropada sıxışdırılan, bir növ blokdan "qovulan" Macarıstan da tərk edə bilər. Bundan əlavə, Orban hökuməti demokratik azadlıqları pozmaqda və öz hakimiyyətini gücləndirmək üçün dövlət vəsaitlərindən istifadə etməkdə ittiham olunur.
Budapeştlə Aİ rəhbərliyi arasında fikir ayrılıqları Macarıstanın pandemiya ilə mübarizə fondlarındakı on milyardlarla avroya çıxış imkanından məhrum edilməsinə səbəb olub. Eyni zamanda, Brüssel bir sıra tələblər qoyub ki, onların yerinə yetirilməsi üçün ölkədə bir sıra ciddi siyasi islahatlar aparılmalıdır. "Daily Mail" Orbanın bunları etməsinin çox az ehtimallı olduğunu yazıb.
"Eurobarometer"in sorğusunun nəticələrinə görə, Macarıstan vətəndaşlarının 43%-i Aİ-yə pessimist yanaşır, 44%-i isə birliyə inanmır.//Report

Siyasi       Tarix: 10 may 2023
f Paylaş

Oxşar xəbərlər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberlər krimnal bugun sonxəbər sou xeberler bugun