Bəşər Əsəd Suriyada qalsaydı, onu Qəddafinin ssenarisi gözləyirdi' - Politoloq

Bəşər Əsəd Suriyada qalsaydı, onu Qəddafinin ssenarisi gözləyirdi' - Politoloq"Suriyada "Ərəb Baharı"ndan başlayaraq davam eləyən vətəndaş müharibəsi demək olar ki, başa çatdı. Astana prosesi çərçivəsində İran, Rusiya və Türkiyə arasında əldə olunmuş razılaşma Suriya ərazisində formal təhlükəsizliyi, sülhü formalaşdırmışdı və bu uzun müddət davam eləyirdi. Bununla adı çəkilən dövlətlər həm bölgədə maraqlarını təmin etdilər, həm də bölgə üzərində təhlükəsizlik üçün səylər göstərərək öz mənafelərini bölgədə təmin etməklə həm də öz maraqlarını burada icra edirlər. Önəmli bir məqam bundan ibarətdir ki, Bəşər Əsəd rejimi dayaqda qalmışdı. Lakin cəmi 20 gün çəkməyən müxalifətin hökumət əleyhinə silahlı mübarizəsi öz effektini verdi".
Bu fikirləri azxeber.com-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, Bəşər Əsəd Suriyada qalsaydı, onu da Qəddafinin ssenarisi gözləyirdi:
Bəşər Əsəd Suriyada qalsaydı, onu Qəddafinin ssenarisi gözləyirdi' - Politoloq"Sürətlə şəhərlərin müdafiəsiz qalması həm müxalifət qüvvələrini gücləndirir, silah arsenalını artırır və məqsədlərinə doğru onların irəliləməsinə səbəb olurdu. Artıq deyə bilərik ki, Bəşər Əsəd ailəsi ilə birlikdə Suriyada rəhbərlikdə deyil. Onun Rusiya tərəfindən siyasi sığınacaq alması da gözlənilən idi. Bundan öncəki dövrlərdə də Rusiya analoji addımı öz tərəftarlarına, siyasətinin icraçılarına təqdim etmişdi. Aydındır ki, Bəşər Əsəd orada qalsaydı, onu da Qəddafinin ssenarisi gözləyirdi. Yəni, kifayət qədər nəzarətsiz qalan toplu onu məhv edəcəkdi. Hətta biz Bəşər Əsədin rezidensiyasında, evində baş verən hadisələri də görərək belə qənaətə gələ bilərik. 
Rusiya burada şübhəsiz ki, mövqə itirdi. Panzır və eyni zamanda qırıcıları da orada qaldı. İndi bunun çıxarılması üçün də hesab edirəm ki, Rusiya səy göstərəcək. Rusiyanın həm də Aralıq dənizi bölgəsində öz gəmiləri də var idi. İndi onların aqibəti həm də yeni hakimiyyətlə danışaqlar predmetidir. Çox çətin bir durum yaranıb. Şübhəsiz, Rusiya-Ukrayna müharibəsi Rusiyanın digər bölgələrdə də qüvvələrini zəifləməsinə gətirib çıxardı. Bu gün Suriyanın müxalifətçilər tərəfindən tutulması bir sıra güc mərkəzlərinə sərf etdikcə, Rusiya və İranın mövqeləri burada zəiflədi və Suriya bölgəsində həm də hazırda İranın hücrələrinin ləğv edilməsi üçün İsrail də ayağa qalxıb, İsrail də əməliyyat keçirir. Bu da Mossadın, İsrail kəşfiyyatının yüksək pəşəkarlığından xəbər verir ki, hansı ərazidə raket istehsalı və İrana bağlı qüvvələrinin olması məlumdur və bu əməliyyat icra olunmaqdadır. İsrail üçün əsas məsələ Qolan yüksəklikləri və burada olan əraziləri nəzarət önəmlidir və bu işi də icra etməkdədirlər.
Qardaş Türkiyəyə gəldikdə isə uzun müddətdir ki, Türkiyə Əsəd rejiminə qarşı fəaliyyət göstərirdi və burada əsas məsələ kürd yaraqlıların məhv edilməsi, bölgə üzərində təhlükəsizliyin təminatıdır. Gələcəkdə hesab edirəm ki, Türkiyənin qapı açdığı İsrail, daha doğrusu Suriya qaçqınlarının Suriyaya qaytarılması baş verə bilər, yəni Türkiyə burada geniş imkanlar əldə edir. Digər tərəfdən, önəmli olan kürd qruplaşmalarına endirilən zərbələr və bölgə təhlükəsizliyi üzərində Ərdoğanın və Türkiyə ordusunun qazandığı bu müsbət dividendlər önəmlidir. Digər tərəfdə Türkiyə üçün Suriya dövlətinin qalması məsələsi də hesab edirəm ki, prioritetdir. Çoxları düşünür ki, Suriya ərazisi parçalanacaq, nüfuz dairələri əsasında ayrı-ayrı bölgələrə bölünəcək. İndi maraqlıdır ki, burada müxalifət rəhbərliyində olan şəxsin və yeni gələn hakimiyyətin atdığı addımlar, şəriət əsasında dövləti idarə etməsi, demokratiyaya üz tutması, təhlükəsizliklə bağlı meyllər, kənar qövvələrin regiona müdaxilə imkanlarının olub-olmaması və digər bu kimi məsələlər də sonrakı davranışlardan asılı olacaqdır".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 09 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber krimnal xeber en son xeberler xəbər