Deputat: "Sülh müqaviləsinin reallaşmasına mane olan amillər qalmaqdadır

Deputat: Bu gün AzTV-də yayımlanan "Hədəf" verilişinin qonağı olan Milli Məclisin deputatı Elçin Mirzəbəyli Əbu-Dabidə keçiriləcək görüşlərə münasibət bildirib.
azxeber.com xəbər verir ki, onun sözlərinə görə, qəbul olunan və ya olunmayan qərarlarla bağlı yalnız nəticələrdən sonra fikir bildirmək mümkündür. Lakin ümumilikdə ikitərəfli təmasların Azərbaycanın irəli sürdüyü əsas platforma kimi önə çıxarılması və bu prosesə üçüncü ölkələrin müdaxiləsinin qarşısının alınması, Azərbaycanın bu danışıqlarda avanqard rolda olduğunu bir daha təsdiqləyir.
Deputat bildirib ki, sülh müqaviləsinin əsas bəndləri prinsip etibarilə razılaşdırılıb. Lakin sənədin reallaşmasına maneə yaradan amillər mövcuddur. Bu amillərdən biri də Ermənistan Konstitusiyasında yer alan və müstəqillik bəyannaməsinə istinad edən müddəalardır. Həmin müddəalarda Azərbaycanın ərazilərinə dolayısıyla ərazi iddiaları əks olunub.
"Əgər Ermənistan Konstitusiyasının preambulasında yer alan Müstəqillik Bəyannaməsinə istinad çıxarılarsa, bu, ərazi iddialarından geri çəkilmə kimi dəyərləndirilə bilər", – deyə Elçin Mirzəbəyli vurğulayıb.
Deputat həmçinin Ermənistanın həm bəyannamədə, həm də Konstitusiyada Türkiyəyə qarşı da ərazi iddialarını saxladığını qeyd edib. Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsinin 2-ci bəndində Türkiyənin əraziləri "Qərbi Ermənistan" kimi göstərilir, Ermənistanın gerbində isə Ağrı dağı "Ararat dağı" kimi təqdim olunur ki, bu da ərazi iddialarının davamı kimi qiymətləndirilə bilər.
Elçin Mirzəbəyli əlavə edib ki, Ermənistan rəhbərliyi sülh sazişi ilə paralel addımlar atacağını bəyan edibsə, bu zaman ATƏT-in Minsk qrupunun fəaliyyətinə də ehtiyac qalmır: "Çünki artıq münaqişə və müharibə yoxdur. Sülh şəraiti mövcuddur. Belə olduğu təqdirdə Minsk qrupunun fəaliyyət göstərməsi üçün əsas yoxdur. Ermənistan bununla mövcud reallıqları düzgün dəyərləndirdiyini göstərə bilər".
Deputat qeyd edib ki, Ermənistan daxilində baş verən proseslər, baş nazir Nikol Paşinyan və komandasında təmsil olunan şəxslərin verdiyi müsbət mesajlar da nəzərə alınmalıdır. Xüsusilə, revanşizmə qarşı sərt mövqenin nümayiş olunması, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir göstərən erməni kilsəsinin bu proseslərdən təcrid edilməsi istiqamətində atılan addımlar müsbət hal kimi dəyərləndirilə bilər.
Lakin Elçin Mirzəbəyli yekun sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı ilə bağlı konkret fikir söyləməyin hələlik çətin olduğunu bildirib.
Oksana Orucova

Siyasi       Tarix: 10 iyul 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat beynelxalq bank mezenne metbuat xeberleri xeber.az 2026