Sevil Mikayılova: "Abu-Dabidə keçiriləcək görüş dayanıqlı sülhə doğru böyük addımdır
Milli Məclisin deputatı Sevil Mikayılova bu gün "Hədəf" verilişində qonaq olarkən bildirib ki, sabah Abu-Dabidə keçiriləcək görüş regionda normallaşma prosesi baxımından irəliyə doğru atılmış böyük addımdır.
azxeber.com xəbər verir ki, deputatın sözlərinə görə, görüşün məkanı olaraq Birləşmiş Ərəb Əmirliklərinin seçilməsi özü müsbət nəticələrin əldə olunması üçün əlverişli mühit formalaşdırır:
"BƏƏ nə Azərbaycana, nə də Ermənistana təzyiq göstərən dövlət kimi çıxış edib. Ümumiyyətlə, bu məsələ həmin ölkənin maraq dairəsində deyil. Bu isə tam sərbəst və neytral mühitin formalaşmasına şərait yaradır."
Sevil Mikayılova qeyd edib ki, normallaşma prosesi çərçivəsində artıq əhəmiyyətli irəliləyişlər əldə olunub:
"17 müddəadan ibarət layihə tərəflər arasında razılaşdırılıb. Sadəcə, bəzi şərtlərlə bağlı danışıqların davam etdirilməsi vacibdir."
Deputatın sözlərinə görə, Azərbaycanın əsas şərtlərindən biri ATƏT-in Minsk Qrupu məsələsinin gündəmdən çıxarılmasıdır. Digər mühüm tələb isə üçüncü dövlətlərin qüvvələrinin sərhəddə yerləşdirilməsinin qadağan olunması ilə bağlıdır:
"Azərbaycan bu məsələdə tam haqlıdır. Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyası yalnız şərti sərhəddə fəaliyyət göstərir. Delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra bu qüvvələrin orada yerləşdirilməsinə ehtiyac qalmayacaq. Əksinə, onların dayanıqlı sülhə mane olan qüvvəyə çevrilməsi ehtimalı yüksəkdir və bu barədə əsaslı arqumentlərimiz var."
Sevil Mikayılova əlavə edib ki, Azərbaycanın növbəti şərti Ermənistanda Konstitusiyaya dəyişiklik edilməsidir:
"Ermənistanda baş verən proseslər göstərir ki, Nikol Paşinyanın hökumətində bu istiqamətdə artıq vahid vizyon formalaşıb. Onlar referendum yolu ilə Konstitusiyada dəyişikliklər etməyi planlaşdırırlar."
Deputatın fikrincə, bu dəyişikliklər sülh prosesini daha da irəli aparacaq və uzunmüddətli sabitliyə töhfə verəcək.
Oksana Orucova

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi