Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verildi
Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, başqa ölkələrin ərazisində silahlı birləşmələrdə qanunsuz olaraq iştirak etməkdə təqsirləndirilərək 2023-cü ildə beynəlxalq axtarışa verilmiş Tacikistan vətəndaşı, 1976-cı il təvəllüdlü Yusupov Mamur İkromoviçin verilməsinə dair Tacikistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Mamur Yusupov 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir