Beynəlxalq Cinayət Məhkəməsi iki rus zabitinin həbsinə order verdi – Zelenski alqışladı
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın uzaqmənzilli aviasiyasının komandiri Sergey Kobylaş və Rusiya Qara Dəniz Donanmasının komandiri Viktor Sokolovun həbsinə order verib.
KONKRET.az xarici mediasya istinadən xəbər verir ki, Haaqa məhkəməsi hər iki komandiri Ukrayna şəhərlərinin qəsdən bombalanması ilə bağlı hərbi cinayətlərdə ittiham edib.
Hakimlər bildiriblər ki, onların fərdi şəkildə cinayət məsuliyyəti daşıdığını düşünməyə əsas var. Rusiya hərbçiləri ən azı 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək Ukraynada cinayət törətməkdə şübhəli bilinirlər.
Həmin dövrdə Kobılaş və Sokolova tabe olan qüvvələr Ukrayna şəhərlərinə kütləvi hücumlar təşkil edərək, mülki infrastrukturu qəsdən məhv ediblər. Ötən ilin aprelində "Ukrenergo" şirkəti bildirmişdi ki, həmin dövrdə ruslar elektrik stansiyalarına, yarımstansiyalara və digər enerji obyektlərinə 1200-dən çox raket və pilotsuz uçuş aparatı buraxıblar.
BCM hakimlərinin fikrincə, insanlığa qarşı cinayətlərə dair Roma Statutunun 7-ci maddəsi də hər iki rus zabiti barəsində keçərlidir.
Ukrayna prezidenti Vladimir Zelenski BCM-nin həbs qərarını alqışlayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkəsi BCM-nin qərarlarını tanımır və Moskva belə hərəkətlərə "müvafiq şəkildə" yanaşır: "Biz Roma statunun iştirakçısı deyilik".
Xatirə SADİQ,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi