Beynəlxalq yükdaşımalar bahalaşdı - Qiymətlərə təsir edəcək? - VİDEO
Pandemiya, qlobal böhran və dünya ölkələrində davam edən bahalaşma logistika sektorundan da yan keçməyib. Qiymət artımı xüsusilə beynəlxalq daşınmalarda daha çox müşahidə olunur.
Azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, logistika üzrə mütəxəssis Ruslan İmamquliyevin sözlərinə görə, bahalaşmaya təsir edən əsas amillərdən biri elə logistikadır. Belə ki, enerji resurslarının qiymətlərinin artması Beynəlxalq yükdaşımaların həcmini həm azaldır, həm də qiymətlərdə öz əksini tapır. Bu da ölkəmizdə bəzi idxal mallarının bahalaşmasına səbəb olur. Ancaq daxili yükdaşınmalarda elə də ciddi qiymət artımı yoxdur.
Ruslan İmamquliyev deyir ki, bahalaşma beynəlxalq yükdaşınmaların bir çox növündə müşahidə olunur.
Ekspertin fikrincə logistik xidmətlərdə qiymət artımının qarşısının almaq üçün ilk növbədə gömrük rüsumları azaldılmalı və sənədləşdirmə prosesi sadələşdirilməlidir.
Karqo şirkətlərinin birinin rəhbəri Samir Əfətli isə deyir ki, hava yolu ilə beynəlxalq yükdaşınmalarda nəzərə çarpacaq bahalaşma yoxdur.
Samir Əfətli deyir ki, hazırda karqo şirkətləri ən çox sifarişi Türkiyədən qəbul edir ki, bu ölkədən olan hava yükdaşınmalarının qiymətlərində ciddi dəyişiklik yoxdur.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var