Bəzi vitaminlərin çox qəbulu orqanizmə ziyan vurur - Həkimdən XƏBƏRDARLIQ
Bəzi vitaminlərin həddindən artıq qəbulu ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Məsələn, orqanizmdə "E" vitamininin artıq olması insult riskini artırır.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq İosif Şubitidze məlumat verib.
"E vitamini yüksək dozada qəbul edildikdə ürək üçün təhlükəli ola bilər. Araşdırmalar göstərib ki, onun həddindən artıq qəbulu ürək-damar xəstəlikləri və insult riskini artırır. Bu, vitamin "E"nin qanın laxtalanmasına təsir etməsi və damar sisteminin vəziyyətinə mənfi təsir göstərməsi ilə bağlıdır. Həmçinin "A" vitamininin yüksək dozası da toksik ola bilər. Onun həddindən artıq qəbulu arterial təzyiqin yüksəlməsinə və ürək fəaliyyətinin tənzimlənməsində pozulmalara səbəb ola bilər. "A" vitaminini ən yaxşı şəkildə təbii mənbələrdən – tərəvəz və meyvələrdən (məsələn, yerkökü, ispanaq, şirin kartof) almaq tövsiyə olunur, əlavə preparatlar şəklində deyil", – deyə Şubitidze vurğulayıb.
Bundan əlavə, "omega-3" yağ turşularının artıq qəbulu da ürəyə zərər verə bilər. Həddindən artıq miqdarda qəbul edildikdə, bu maddə ürək ritminin pozulmasına və ürək əzələsi hüceyrələri (kardiomiositlər) arasında impuls ötürülməsinin zəifləməsinə səbəb ola bilər.
"Həmçinin geniş yayılmış əlavələrdən biri də kaliumdur. Bu, həyati vacib mikroelementdir və ürək-damar sisteminin normal fəaliyyəti üçün əsas rol oynayır. Kalium ürək ritmini tənzimləməyə və qan təzyiqini normada saxlamağa kömək edir. Lakin onun yüksək səviyyəsi ciddi ürək aritmiyalarına və hətta ürəyin dayanmasına səbəb ola bilər", – deyə kardioloq əlavə edib.
Mütəxəssislər bildirirlər ki, xüsusilə ürəklə bağlı problemlər mövcuddursa, hər hansı bir qida əlavəsi qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir.

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü