2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək
2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə yenisabah-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, tədbirlər ölkə başçısının 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək.
Dövlət Proqramının Tədbirlər Planının 8.4.7-ci bəndinə əsasən, qida məhsullarının allergenlər üzrə laborator müayinələrə cəlb edilməsi, eləcə də əldə olunan nəticələr əsasında etiket məlumatlarının uyğunluğunun monitorinqi nəzərdə tutulur.
Bununla yanaşı, monitorinqlərin nəticələri təhlil ediləcək və müvafiq təkliflər hazırlanacaq. Əhalinin qida məhsullarında allergenlərlə bağlı məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirləri də həyata keçiriləcək.
Qeyd edək ki, allergenlər bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilən maddələrdir. Bu baxımdan, qida məhsullarının etiketlərində allergenlərlə bağlı məlumatların düzgün göstərilməsi istehlakçıların sağlamlığının qorunması baxımından əhəmiyyət daşıyır.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır