Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayondakı qapı-pəncərə sexlərindən birindən oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Open.az-a verilən məlumata görə, Biləsuvar rayonunun ərazisindəki qapı-pəncərə sexlərindən birindən müxtəlif adda ümumilikdə 1790 manat dəyərində qapı və pəncərə düzəltmək üçün istifadə olunan avadanlıqların oğurlanması ilə bağlı Biləruvar RPŞ-yə müraciət edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Biləsuvar şəhər sakini S.Abdallı olduğu müəyyən edilib. Oğurlanmış avadanlıqların bir qismi həmin şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı