Binəli Yıldırım "Azərbaycanın dostu" qızıl ordeni ilə təltif edildi
Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma Azərbaycanla Türkiyə arasında dostluq, siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Azərbaycanım" beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın dostu" qızıl ordeni təqdim olunub.
KONKRET.az xəbər verir ki, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli çıxışında Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, onun müstəqilliyini dəstəklədiyini bildirib. Azərbaycan və Türkiyə bölgədə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm layihələri birgə reallaşdırıblar.
O, əlaqələrin inkişafında hər iki ölkənin rəsmi şəxslərinin xüsusi rol oynadığını diqqətə çatdıraraq Azərbaycanın və Türkiyənin dövlət qurumları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. E.Nəsirli deyib ki, ikitərəfli əlaqələrə qarşılıqlı dəstəyin vacibliyinin xüsusi əhəmiyyəti var. Azərbaycan xalqı qarşılıqlı olaraq Türkiyə Prezidentinin dostluğuna hörmət və sevgi ilə yanaşır, eləcə də bu dostluq münasibətlərini yüksək qiymətləndirir: "Sizin Azərbaycanla qardaş Türkiyə arasında əlaqələrin inkişafında böyük xidmətləriniz var. Sizin Türkiyədə nüfuzlu ictimai-siyasi xadim kimi ən məsul vəzifələrdə olduğunuz dövrlərdə Azərbaycana səfərləriniz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşləriniz, ölkəmizə və xalqımıza olan dostluq və qardaşlıq münasibətiniz bir daha sübut edir ki, iki ölkə arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər mütərəqqi prinsiplərə söykənir".
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, öz növbəsində, "Azərbaycanım" beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə təşəkkürünü bildirib, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib.//Report

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun