Binəqədi rayonunda "Çernobıl faciəsi"nin 36-cı ildönümü ilə bağlı tədbir keçirildi

Binəqədi rayonunda 26 aprel 2022-ci il tarixdə YAP Binəqədi rayon təşkilatının konfrans zalında Binəqədi rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə "Çernobıl faciəsi"nin 36-cı ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə müdiri Nicat Allahverdiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev və Çernobil Əlilləri İttifaqının rayon şöbəsinin üzvləri iştirak etmişdir.
Tədbir ilk öncə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və Çernobıl faciəsi zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov giriş sözü ilə açaraq iştirakçılara Çernobıl faciənin tarixi haqqında məlumat verərək hər zaman dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdıraraq bildirmişdir ki, faciə zamanı Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması məqsədilə yaradılan fövqəladə komissiyanın sədri ulu öndər Heydər Əliyev bu dövrdə də nə qədər uzaqgörən, müdrik bir şəxsiyyət olduğunu nümayiş etdirmişdir. Fəlakət bölgəsində xilasetmə işləri başlayan andan dahi Öndərimiz bu mürəkkəb problemin həllində əsl fədakarlıq, yüksək rəhbərlik qabiliyyəti göstərmişdir.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək dünya tarixinin ən böyük texnogen qəzası – Çernobıl faciəsinin baş vermə səbəblərindən, bu faciənin tarixdə ən böyük texnogen atom qəzası kimi bütün dünyanı sarsıdan bir faciə olmasından və bu gün dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini, onların sosial problemlərinin həllində ardıcıl tədbirlər reallaşdırıldığını diqqətə çatdırdı. 
Tədbirdə Azərbaycan "Çernobıl" Əlillər İttifaqının Binəqədi rayon şöbəsinin sədri Kamal Əliyev çıxışında çernobılçılara göstərilən dövlət qayğısından, əlillərin himayə edilməsindən, cəmiyyətin isti münasibəti ilə əhatə olunmalarından ətraflı danışdı. Tədbir iştirakçıları onlara göstərilən xüsusi diqqətə görə ölkə başçısına xüsusi təşəkkürlərini bildirdilər.
Tədbirin sonunda bir qrup Çernobıl əlilinə maddi yardım edilmişdir.
Binəqədi rayonunda Binəqədi rayonunda Binəqədi rayonunda

Sosial       Tarix: 27 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com cəbhədən son xəbərlər 2026 en son xeberler bu gun novruz bayramı