Binəqədidə "Heydər Əliyev ideyaları ilə yetişən nəsil' adlı təhsil konfransı keçirildi - FOTOLAR

Binəqədidə 03 oktyabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunan "Heydər Əliyev İli" çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2022-2023-cü ili əhatə edən tədris dövründə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində təhsil yekunlarına dair və 5 Oktyabr- "Beynəlxalq Müəllimlər Günü"nə həsr olunmuş "HEYDƏR ƏLİYEV İDEYALARI İLƏ YETİŞƏN NƏSİL" adlı təhsil konfransını həyata keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə  Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyev, Milli Məclisin Səhiyyə komitəsinin üzvü millət vəkili Kamaləddin Qafarov, Milli  Məclisin Regional məsələlər Komitəsinin üzvü millət vəkili Səbinə Xasayeva, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, Rayon Zialılar Cəmiyyətinin sədri Asəf Zamanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, orta ümumtəhsil məktəblərinin direktorları və məktəbin pedoqoji heyəti, ictimai birliklərin rəhbərləri və rayon gəncləri iştirak edirdilər.
Tədbir müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova  Binəqədi rayonunda 2022-2023-cü tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
Təhsilin insan həyatındakı önəmindən söz açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev çətin bilik yarışmasından qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirdi ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində  görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.
Çıxış edənlər- Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov qeyd etdilər ki, təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni Fərman və Sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov gəncləri təbrik edərək bildirdi ki, "Təhsil millətin gələcəyidir" ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bugün də davam etməkdədir. "Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır", - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir. Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır.
Sonda ali təhsil müəssisələrin qəbul imtahanlarında 676.9 bal toplayan 115 nömrəli tam orta məktəbin məzunu Mahmudlu Fərid Elxan oğlu gənclər adından çıxış edərək: "Onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər. Həmçinin qeyd etdi ki, hər il ənənəvi olaraq yüksək bal toplayan tələbələrlə  rayon ictimaiyyətinin görüşü gəncləri daha da ruhlandırır. Çox xoşbəxtdik ki, buna müvəffəq ola bildik. Çalışacağıq ki, ali təhsilimizi də uğurla başa vurub respublikamızın inkişafına öz töhfəmizi verək".
Sonda "təhsil sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə-ali məktəblərə qəbul imtahanı zamanı 650 baldan daha yuxarı nəticə göstərdiyinə görə, ümumi təhsili xüsusi nailiyyətlə başa vurduğuna görə-Qızıl medal nişanı ilə təltif olunanlar", "Respublika fənn olimpiadalarında qazandığı yüksək nəticəyə görə", "Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasinda təşkil edilən "Ən yaxşı təqdimat" müsabiqəsində qazandıqları yüksək nəticəyə görə", "rəhbəri olduğu sinif ali məktəblərə qəbul imtahanlarında 100% nəticə göstərdiyinə görə", Binəqədi rayonu üzrə 9-cu sinif buraxılış imtahanlarının ümumi göstəricilərinə əsasən rayonun ictimai həyatinda fərqləndiyinə və 5 oktyabr – "Beynəlxalq Müəllimlər Günü"  münasibətilə nominasiyalarına görə bir sıra gənclər və təhsil işçiləri təltif edildilər.
Sonda müəllimlərə və gənclərə Fəxri Fərman və hədiyyələr təqdim edildikdən sonra onlarla xatirə şəkli çəkildi.
Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə Binəqədidə

Sosial       Tarix: 04 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou son xeberler bugun maliyye xeberler bugun kriminal xeberler