Binəqədidə qarət edilən evin yandırılması ilə bağlı cinayət işi başlandı
Binəqədi rayonu Əliheydər Qarayev küçəsində yaşayış evinin talandıqdan sonra yandırılması bağlı iddialar araşdırılır.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Open.az-a bildirib ki, faktla bağlı Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
E.Hacıyev vurğulayıb ki, cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin nəzarətindədir: "Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir". /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib