Bir azərbaycanlı hələ də dağıntılar altındadır - Həmin şəxs qadındır
Kahramanmaraşda dağıntılar altında qalan Azərbaycan vətəndaşı var.
azxeber.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli deyib.
O bildirib ki, şəhərin mərkəzində və Elbistan deyilən rayonda iki nəfərin cəsədi tapılıb:
"Onların cənazəsi Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizə göndərilib. Hələ bir vətəndaşımız da dağıntılar altından çıxarılmayıb. Qızı ilə danışdım, Lida Qocayevə adlı qadındır. Ailə üzvləri də hazırda burdadır, onun axtarışları davam edir".
Həmran Əmirli qeyd edib ki, ümumilikdə Kahramanmaraşda 50-60-a yaxın azərbaycanlı tələbə, 10 yaxın ailə olub:
"Zəlzələdən sonra onların hər biri ilə əlaqə saxlanılıb. Tələbələr və bəzi ailələr səfirliyimiz tərəfindən Kahramanmaraşdan təxliyə edilib".
Azərbaycanlı müəllim deyib ki, Kahramanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçək Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından 30 saatdan sonra sağ çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:
"Onun da müalicəsi şəhərdə olan xəstəxanaların birində davam etdirilir".

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO