Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırırBir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus möhtəşəm hədiyyələr qazandırır.
azxeber.com xəbər verir ki, 1 oktyabr tarixindən etibarən Bir Bonus lotereyası start götürüb. Bu lotereyada həm bonus qazanaraq, həm də xərcləyərək iştirak etmək mümkündür. 15 noyabr 2025-ci il tarixinədək davam edəcək lotereyada istifadəçilər yüzlərlə bonusla yanaşı, lotereyanın əsas mükafatı Toyota Corolla avtomobilinə sahib olmaq şansı əldə edirlər. Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən hər kəs lotereyada iştirak edə bilər.
Lotereyada iştirak prosesi çox sadədir. Kapital Bank/Birbank kartları və ya m10 ilə ən azı 5 AZN və daha yuxarı məbləğdə ödəniş 1 şans qazandırır. Birmarket.az
Aşağıdakı əməliyyatları icra edərək lotereyada şans saylarını artırmaq mümkündür:
Partnyor mağazada alış-veriş zamanı Bir Bonus barkodunu oxudaraq edilən ödənişlər;
m10 tətbiqində bonus ilə edilən və ya bonus qazandıran ödənişlər;
Birbank və ya m10-da QR funksiyası ilə bonuslarla edilən ödənişlər;
Bir Bonus kabinetini "Trendyol Azərbaycan"da əlaqələndirib edilən ödənişlər;
Bonus kateqoriyası seçib bonus partnyorunda edilən ödənişlər;
100 qalib – 200 bonus
200 qalib – 100 bonus
300 qalib – 50 bonus
400 qalib – 20 bonus
Ətraflı məlumat üçün: və ya *1001
Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.   

İqtisadiyyat       Tarix: 04 oktyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR

Marsol Academy tərəfindən təşkil olunan Amerika Yay Məktəbi proqramı iştirakçılar üçün 15 gün ərzində təhsil, səyahət, mədəniyyət və əyləncə ilə zəngin bir təcrübə oldu. xəbər verir ki, proqram müddətində iştirakçılar ingili

Ətin qiyməti niyə od tutub yanır?

"Azərbaycanda son illər mal və qoyun ətinin qiymətində müşahidə olunan artımın əsas səbəbi yem çatışmazlığı və heyvan sayının azalmasıdır". Bunu "Bakupost"a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəml

Azercell media nümayəndələrini təbrik edir

"Mediacell" istifadəçilərinə 5 GB mobil internet hədiyyə təqdim olunur. xəbər verir ki, Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk mill

Quba Palace Hotel-də Hindistan toyu - iki mədəniyyət, bir sevgi hekayəsi - FOTOLAR

Quba Palace Hotel bu günlərdə fərqli mədəniyyətləri bir araya gətirən möhtəşəm beynəlxalq toy mərasiminə ev sahibliyi edir. Üç gün davam edən tədbirdə bəy Hindistandan, gəlin isə Azərbaycandandır. Hindistanın rəngarəng to

Qarabağda yeni ünvan: Xankəndidə ilk "Kontakt" açıldı

Qarabağda gündəlik həyatırahatlaşdıracaq yeni ünvan qapılarını açdı. Ölkənin aparıcı pərakəndə satış şəbəkəsi"Kontakt"ın Qarabağdakı ilk fiziki mağazası Xankəndidə fəaliyyətə başladı. Şəhərin mərkəzində fəaliyyət

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qiymətli metallar üzrə ticarət qarışıq dinamika ilə başa çatıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın 1 troy unsiyasının qiyməti 20,60 ABŞ dolları və ya 0,51% artaraq

"Azərsun Holdinq"in dəstəyi ilə "Mediada Azərbaycan dili" kitabı nəşr olunub

Medianın İnkişafı Agentliyi və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının birgə təşəbbüsü və "Azərsun Holdinq"in dəstəyi ilə "Mediad

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. ƏƏSMN-dən -a verilən məlumata görə, fon

AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün "Fibonacci" intellektual yarışını təşkil edib. Tədbirin məqsədi media nümayəndələri il


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler hava haqqinda ensonxeberler xəbər.az