"Bir əlin dalında, bir əlin qabağında" şeirini niyə yazmısan?
"Vüqar duet ortağım, dostumdur. Mənə bacı deyib, ailəmizin dostu kimi qəbul etmişdim. Onu başa düşmədim. Ən qəliz söz olsa, onu sadələşdirə, ən sadəni qəlizləşdirən söz ustadıdır".
Open.az.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "X maqazin"ə açıqlamasında deyib. Müğənni meyxanaçı Vüqar Əbdülovun onun ünvanına dediyi "Elza şeir yazmasın, yaza bilmir. Elə bəstəkarlıq etsin" sözlərinə cavab verib. Sənətçi Vüqardan incidiyini gizlətməyib. O, Vüqarın ələ saldığı "Ananas" şeirindən söz açıb:
"Qəlbim sızıldadı ki, niyə Vüqar bu sözü dedi? Paxıllar, guya məni başa düşmürlər. İçləri alov qaynayır, üzdə süni gülüş. "Ananas" şeiri komediya filmində olub. Hətta təyyarədə də o filmə insanlar baxır. Elza şükür Allaha, bilir nəyi deyir, yazır.
Mənə deyirlər "Bir əlin dalında, bir əlin qabağında" şeirini niyə yazmısan? Atalar sözləri var, onları niyə yazıblar? Niyə onları pis mənaya yozmursuz? Film təklifi idi gəldi, qəbul etdim və yaxşı qonorar aldım. Ağıllı adam dərk edəcək ki, Elza nə deyib.
Bir insanın həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, Elzanın şeirini öz düşüncəsinə görə yozacaq. Allahın qarşısında savab qazanmaq istəyirsinizsə, sənəti müdafiə edin". (Axşam.az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq