"Bir gün oyanırsan və görürsən ki, ölkən KTMT ilə münasibətlərini dondurub" - Abramyan
"Beynəlxalq münasibətlərdə mühüm amil ölkənin proqnozlaşdırıla bilməsidir".
KONKRET.az xəbər verir ki, bu barədə parlamentin müxalifətçi deputatı, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan danışıb.
O qeyd edib ki, istənilən vəziyyətdə prinsiplərə sahib olmaq və onlara əməl etmək lazımdır:
"İndi ölkəmizdə nə baş verir? Səhər oyanırsan və görürsən ki, ölkəniz üzv olduğunuz hərbi-siyasi alyansla münasibətləri dondurub. Siz nə baş verdiyini anlamağa çalışırsınız, birdən KTMT-dən şərh gəlir ki, Ermənistandan heç bir açıqlama yoxdur, Rusiya rəsmilərindən başqa bir şərh gəldi ki, nə baş verdiyini anlamağa çalışırlar, amma hələlik xəbərləri yoxdur. Ermənistan hökumətini və ya səlahiyyətli strukturlarını təmsil edən şəxslər heç bir şəkildə vəziyyətə aydınlıq gətirmirlər", – deyə müxalifətçi bildirib.
O, vurğulayıb ki, regionda əsas oyunçu olan bir ölkə ilə bu gün mövcud olan münasibətləri korlamaq ermənilərin kollektiv maraqlarına uyğun deyil.
Günel Mikayılova,
KONKRET.az

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi