Bir ovucdan artıq yeyilməsi orqanizmə ziyandır

Bir ovucdan artıq yeyilməsi orqanizmə ziyandırMütəxəssislər çoxlu qoz-fındıq istehlakının yüksək xolesterola səbəb ola biləcəyini və həzm sisteminə mənfi təsir göstərdiyini bildirib.
KONKRET.az xəbər verir ki, sağlam qəlyanaltı sayılan quru qoz-fındıq həddindən artıq istehlak edildikdə zərərlidir. Bildirilir ki, bu çərəzləri az miqdarda yemək lazımdır.
İstehlak edilən qidaların bədən sistemlərinin işləməsi və sağlamlığı ilə yaxından əlaqəli olduğuna diqqət çəkən mütəxəssislər çərəzlərin mikro və makro elementlər baxımından çox zəngin bir tərkibə sahib olduğunu vurğulayıb.
Tərkibindəki mikroelementlər, fitonutrientlər, antioksidantlar, doymamış Omeqa-3 yağ turşuları və vitamin, minerallar səbəbiylə qoz-fındıq sağlam qidadır, ciddi müsbət təsirlərə malikdir. Lakin qoz-fındıq həm də karbohidrat və kalori ehtiva etdiyi üçün istehlak edildikdə bəzi zərərlərlə qarşılaşa bilərik.
Bu səbəbdən gündə bir ovuc qoz-fındıq istehlak etmək, tərkibindəki vitamin və minerallar baxımından bədənimizə müəyyən müsbət təsir göstərir. Fındığın həzm sisteminə müsbət təsir etdiyi və tərkibindəki E vitamini sayəsində dərinin gözəlləşməsinə töhfə verdiyini də vurğulanıb. Qozun eyni zamanda beyin və nevrologiya baxımından da ciddi faydaları var.
Qoz immunitet sistemi ilə bağlı bir çox problemə müsbət təsir edir. Eyni zamanda dırnaqlarımızda və daxili orqanlarımızda meydana gələ biləcək pozğunluqların qarşısını almaq xüsusiyyətinə malikdir.
Qurudulmuş qoz-fındıq çiy və qovrulmuş halda istehlak edilir. Ancaq istiyə nə qədər çox məruz qaldıqca müsbət təsirləri də azalır. Ona görə də mümkün qədər çiy halda istehlak etmək daha faydalıdır.
Xüsusilə səhər yeməyimizdə istifadə etmək orqanizmimizə çox faydalı olacaq. Arıqlamaq istəyənlər və gündə iki dəfə yemək yeməyə çalışanlar səhər yeməyinə qoz-fındıq qatsalar, uzun müddət tox qala bilərlər.
Həddindən artıq istehlak edildikdə xolesterinin artmasına səbəb ola bilər. Bəzi insanlarda həzm sisteminə də mənfi təsir göstərə bilər. Qozun tərkibindəki duz yüksək olarsa və həddindən artıq istehlak edilərsə, təzyiq xəstələrinin təzyiqini yüksəldə bilər. Böyrək xəstəliyi olan insanlar qoz-fındıqları çox ehtiyatla istehlak etməlidirlər.
Çünki qoz-fındıq maqnezium və kaliumla zəngin qidalardır. Kalium normal insanlar üçün faydalı ola bilər, lakin böyrək problemi olan insanlarda bədənə yük olacağı üçün nəzarətli şəkildə istehlak edilməlidir.Oxu.az

Sağlamlıq       Tarix: 25 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber xeberler bu qun beynelxalq bank mezenne son xəbərlər