"Bir səfərin izi ilə": AZAL Heydər Əliyevin İtaliyaya səfəri barədə filmin hazırlanmasına dəstək verib - FOTO
"Bir səfərin izi ilə": AZAL Heydər Əliyevin İtaliyaya səfəri barədə filmin hazırlanmasına dəstək verib - FOTO
Azərbaycanlı səyyah Azər Qərib ümummilli lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfərinə həsr olunmuş "Bir səfərin izi ilə" filminin təqdimatını keçirib. Təqdimat oktyabrın 4-də Nizami Kino Mərkəzində baş tutub.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu maraqlı layihə bizi Heydər Əliyevin ziyarət etdiyi İtaliyanın tarixi şəhərlərinə aparır və rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Roma, Neapol, Pompey və Kapri adasında heyrətamiz səyahətə çıxacaq.
Filmin ideya müəllifi, tanınmış jurnalist Azər Qərib ümummilli liderin daha dörd səfəri barədə oxşar mövzuda maraqlı detalların film formatında lentə alınacağını da vurğulayıb.
Bu layihə sosial missiyası mədəniyyətin inkişafına və ölkə irsinin qorunub-saxlanmasına yönəlmiş "Azərbaycan Hava Yolları" aviaşirkətinin dəstəyi sayəsində reallaşıb.

/ oxu.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi