Bir səhvə görə vəzifəsini itirən məmurlar - FOTO

Bir səhvə görə vəzifəsini itirən məmurlar - FOTOBir səhvə görə vəzifəsini itirən məmurlar - FOTO
Yüksək vəzifə sahiblərinin heç də hamısı təqaüd yaşına qədər işləyə bilmir. Bəziləri elə səhvlərə yol verir ki, bu, ən yaxşı halda onların işdən çıxarılması və ya istefa verməsi ilə nəticələnir.
Elə bu gün Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov kimi. Beş dəfə millət vəkili seçilən 51 yaşlı politoloqun xüsusi karantin rejiminin tətbiq olunduğu, toy, nişan mərasimlərinin qadağan edildiyi bir vaxtda Ombudsman xanımı Səbinə Əlieyva ilə birgə AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakı onun YAP-dakı vəzifəsindən istefa verməsi ilə nəticələndi.
Təbii ki, bir müddət əvvəl xüsusi karantin rejimində toy, nişan mərasimi keçirənləri sərt şəkildə tənqid edən Novruzovun özünün qalmaqallı toyda iştirakı cəmiyyətdə etirazla qarşılandı. Bu səbəbdən YAP-ın Gənclər Birliyinin sədri vəzifəsindən İcra katibinin müavini vəzifəsinədək yüksələn hüquq elmləri üzrə fəlsəfə doktoru çıxış yolunu istefada gördü.
Bir səhvə görə vəzifəsini itirən məmurlar - FOTOHəmin toyda bir səhvinə görə vəzifəsini itirən başqa bir şəxs də var idi. Söhbət Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovdan gedir. Xatırladaq ki, toyda iştirak etməklə karantin rejimini pozduğu və bunun üçün 400 manat cərimələnən Məhərrəmov 2018-ci ildə qalmaqallı İspaniya səfəri ilə gündəmə gəlmişdi. O, Şeyxin təyyarəsində şərab dolu çəlləkləri daşımaqla yanaşı, Madriddəki restoranların birində millət vəkillərindən biri ilə dava etmişdi. Bu dava sabiq rektorun 19 illik vəzifəsini itirməsinə səbəb oldu.
Bir səhvə görə vəzifəsini itirən məmurlar - FOTODüşdüyü çıxılmaz duruma görə öz səhvi ucbatından siyasi karyerasını bitirənlərdən biri də sabiq millət vəkili Rafael Cəbrayılovdur. 2015-ci ildə mandat vəsiqəsini girov qoyub 300 min dollar borc götürməklə gündəmə gələn eks deputatın sonradan başqa iş adamlarına da borcu olduğu üzə çıxdı. Məlum oldu ki, III çağırış millət vəkili seçilən R.Cəbrayılovun iş xanımı Məlahət Qurbanovaya da 370 min dollar borcu var. Daha sonra Cəbrayılovun 1,5 milyon manatlıq villasını satışa çıxardığına dair xəbərlər də yayıldı. Bu qalmaqal Cəbrayılovun mandatından imtina etməsilə nəticələndi.
Bir səhvə görə vəzifəsini itirən məmurlar - FOTOSabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun da öz səhvinə görə işdən çıxarıldığını desək, yanılmarıq. 16 il ölkənin xarici siyasətindən sorumlu olan Məmmədyarovun ən vacib, ən önəmli məqamlarda səssiz rejimə keçməsi, Ermənistan ordusunun cəbhənin Tovuz istiqamətində təxribat törətdiyi bir anda dünyaya bununla bağlı çar çəkməməsi onun vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Məlum oldu ki, ölkə rəhbərliyinin, o cümlədə hökumətdə təmsil olunanların gecə-gündüz çalışdığı bir vaxtda Məmmədyarov evdən işləyirmiş.
Bir səhvə görə vəzifəsini itirən məmurlar - FOTOSəhvə yol verənlərdən bəhs edərkən, "Azərenerji" ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevin adını çəkməmək olmaz. Belə ki, 2018-ci ildə ölkənin energetika sistemində dalbadal baş vermiş və bütün ölkəni işıqsız qoyan qəza ilə bağlı keçirilən müşavirədə ölkə Prezidenti İlham Əliyev Pirverdiyevi sərt şəkildə tənqid etmişdi: "Siz sadəcə olaraq utanmalısız, xalq qarşısında, ölkə qarşısında utanmalısız. İnsanlara isti havada bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Elə SOCAR-ın burada deyilən ziyanını hesablasaq, ölkəyə nə qədər böyük ziyan dəydiyini görərik. Mən bu sahəyə bu qədər investisiya ayırmışam, dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsaitlər ayrılır, yeni elektrik stansiyaları tikilir. Elə sistem qurulmalıydı ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, digər yerlərdə yeni tikilmiş elektrik stansiyaları Mingəçevirdəki qəzadan sonra fəaliyyətini dayandırdı? Siz bunun izahatını verməlisiniz. Yoxsa başlamısız havalar isti keçir, istehlak artıb. Bu məni qane edə bilməz, əyləşin".
Bir səhvə görə vəzifəsini itirən məmurlar - FOTOPirverdiyevin səhlənkərlığı onun 17 illik vəzifəsindən göndərilməsi ilə nəticələndi.
IV və V çağırış seçkilərdə millət vəkili seçilən Fərəc Quliyev də öz səhvinin qurbanı olanlardandır. Onun son parlament seçkilərində tanınmış bloqqer Mehman Hüseynovla səs yazısı yayılmışdı. Belə ki, səs yazısında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri M.Hüseynova "Mənə dəstək ver, qarşılığında isə sənə maddi kömək edim. Bu, 10-15 min manat da ola bilər", – demişdi. Seçki ərəfəsində belə bir səs yazısının yayılması F.Quliyev üçün sarsıdıcı zərbə oldu və onun namizəd olduğu 31 saylı Suraxanı ikinci seçki dairəsindən Etibar Əliyev millət vəkili seçildi.
Bir səhvə görə vəzifəsini itirən məmurlar - FOTO1994-cü ildən 2001-ci ilədək Gənclər və İdman naziri, 2001-ci ildən 2006-cı ilədək Gənclər, İdman və Turizm naziri, həmin ildən 2018-ci ilədək Mədəniyyət və Turizm naziri və son iki ildə Mədəniyyət naziri olan Əbülfəs Qarayevin də vəzifədən gedəcəyi yaxın müddət üçün proqnozlaşdırılmırdı. Ta ki Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilməsi xəbəri yayılanadək. Həmin əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldı. Onlar barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı faktlarına görə həbs qətimkan tədbiri seçildi. Beləcə, cəmiyyətdə "nazir müavini nazirdən xəbərsiz rüşvət almaz" fikri formalaşdı və bu, 26 il yüksək vəzifə sahibi olan Əbülfəs Qarayevin işdən çıxarılması ilə nəticələndi.
Bir səhvə görə vəzifəsini itirən məmurlar - FOTOBəzi vəzifəli məmurlar var idi ki, etdikləri səhvlər onlara daha başa gəldi. Belə ki, hazırda həbsdə olan altı sabiq icra başçısı var. Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, onun birinci müavini Ramiz Tatarov, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Neftçalanın eks icra başçısı İsmayıl Vəliyev, birinci müavini Vurğun Əkbərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Biləsuvarın icra başçısı Mahir Quliyev, İmişlinin məşhur icra başçısı Vilyam Hacıyev, Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov, onun  müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov həbsdədir.
Bir səhvə görə vəzifəsini itirən məmurlar - FOTOÖlkədə kadr islahatlarının davam etdiyini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, səhvinə görə vəzifəsini itirənlərin siyahısı daha da genişlənəcək. Bu siyahıya xüsusi karantin rejimində nəvəsinə toy etdiyi üçün cəmiyyətdə haqlı narazılıq yaradan sabiq PA rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin də daxil ediləcəyi ehtimal olunur.
Bundan başqa, həmin toya gedərək özünü qınaq obyektinə çevirən Ombudsman Səbinə Əliyevanın da vəzifədən gedəcəyi cəmiyyətdə müzakirə edilir. Hər halda, vəzifə ona verilən səlahiyyətləri doğru icra edə bilənlər üçün nəzərdə tutulur. Əks halda nəticəsi həm cəmiyyət, həm dövlət, həm də məmur üçün daha ağır olur.
"Qafqazinfo.az" /oxu.az

Siyasi       Tarix: 24 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun hava xeber.az bu gun xəbər az