Birbank sahibləri aprel ayında 5,1 milyon manat keşbek əldə ediblər

Birbank sahibləri aprel ayında 5,1 milyon manat keşbek əldə ediblərÖlkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri aprel ayında bonuslardan ortalama 46 manat pul qazanıblar.
azxeber.com xəbər verir ki, aprel ayı ərzində Birbank-lılar ümumilikdə 5,1 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 300 000 manatı Birbank vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 270 000 manatdır. Müştərilər qazandıqları keşbekin 93%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 20% artaraq, təqribən 2,5 milyon manat təşkil edib.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

İqtisadiyyat     Baxılıb: 449   Tarix: 02 may 2023
f Paylaş

Oxşar xəbərlər

"Qlobal iqtisadi proqnozlar artıq dəyişir" – İqtisadçıdan açıqlama

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard hazırkı geosiyasi vəziyyət səbəbindən əvvəlki iqtisadi proqnozların bir hissəsinin artıq aktuallığını itirdiyini bildirib. O qeyd edib ki, mart ayında keçiriləcək iclasd

Neft büdcədə 65 dollardan nəzərdə tutulmuşdu' - Artan neft qiyməti bizə nə vəd edəcək?

Məlum olduğu kimi, dünya bazarında Azərbaycan neftinin hər bareli 100 dollardan baha təklif edilir. Bəs neftin bahalaşması büdcədən daha çox ayırmalara imkan yarada bilərmi?. xəbər verir ki, bu barədə millət vəkili Vüqa

Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI

Azərbaycanda son bir ildə ən çox şikayət edilən sığorta şirkətləri məlum olub. Bu ilin fevral ayı üzrə avtomobillərin icbari sığortası üzrə ən çox şikayət olunan sığorta şirkəti 2,02 bəndlə "Xalq Sığorta"olub. "Atəşga

Bakıda orta əməkhaqqı artdı

2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat təşkil edib. xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-c

Neft bahalaşır: İran gərginliyi Azərbaycanın enerji sektoruna necə təsir edəcək?

İran ətrafında gərginliyin uzanması Avropa İttifaqının enerji idxalını şaxələndirmək səylərini gücləndirə və bu proses Azərbaycanın enerji sektoruna investisiyaların artmasına səbəb ola bilər. Böyük Britaniyanın "Oxfor

İpotekaya yararlı yeni mənzillər satışa çıxarılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihə çərçivəsində kvadratmetri bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olan yeni mənzillər satışa çıxarıb. nazırliyə istinadən xəbər verir ki, mənzilləri

Səyahət planlarını Yelo App-ə həvalə et

Mart ayının uzun tətilləri gəlir, deməli, səyahət vaxtıdır! Amma hər səfər öncəsi sənəd toplamaq, sığorta axtarmaq vaxt aparan prosesə çevrilə bilər. Yelo Bank səyahət hazırlıqlarını bir tətbiqə sığdırdı – artıq bütün vacib işlərini Yel

"Nar" peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTOLAR

Mobil operator "Nar"ölkənin yerli əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində təlimlərəbaşladı. "Nar"ın tərəfdaşlıq etdiyi universitetlərin tələbələri üçün keçiriləntəlimlər seriyası

Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat şəhərindən Bakıya növbəti təxliyə reys


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər az xeberler cebheden xeberler son xeberler bugun