Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblərÖlkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri noyabr ayında bonuslardan ortalama 54 manat pul qazanıblar. 
azxeber.com xəbər verir ki, noyabr ayı ərzində Birbank-lılar ümumilikdə 2,8 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 107 000 manatı Birbank vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 125 000 manatdır. Müştərilər qazandıqları keşbekin 87%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 68% artaraq, təqribən 740 000 manat təşkil edib. 
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. 
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. 
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

İqtisadiyyat       Tarix: 02 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d


son xeberler yeni xeberler azerbaycan xeberleri xankendi son xəbərlər bugün 2026 son xeber.az son xabar