Birbank və Visa ilə "FIFA Dünya Çempionatı 2026"nın final oyununda iştirak şansı qazanın
Ölkənin ilk rəqəmsal bankı Birbank, Visa şirkətinin dəstəyi ilə müştəriləri üçün daha bir unikal kampaniyaya start verir.
azxeber.com xəbər verir ki, "Birbank-la FIFA 2026 Final Oyunu" kampaniyası çərçivəsində Birbanklılar Amerika Birləşmiş Ştatlarında keçiriləcək möhtəşəm final oyununu yerində izləmək və futbol atmosferini canlı yaşamaq imkanı əldə edirlər.
Kampaniyada yalnız 13 aprel – 8 may tarixləri ərzində yeni Birbank Visa taksit kartı əldə edən, eləcə də aktiv Birbank Visa taksit kartı olmayan müştərilər iştirak edə bilər. Kartı həm onlayn, həm də oflayn kanallar vasitəsilə sifariş etmək mümkündür.
Kampaniya şərtlərinə əsasən, kartı əldə edən müştərilər 13 may tarixinədək Birmarket platformasında alış-veriş edərək kampaniyada iştirak edirlər. Kampaniya müddətində Birmarketdə ən yüksək alış-veriş dövriyyəsini edən 1 nəfər qalib seçilərək 2 nəfərlik "FIFA Dünya Çempionatı 2026"nın final oyununa bilet qazanacaq və unudulmaz futbol təcrübəsi yaşayacaq.
Ətraflı məlumat üçün: www.b-b.az/ftv
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb