Birinci vitse-prezidentin köməkçisi: "Mədəni irsə əhəmiyyət verilmir" - FOTO
Birinci vitse-prezidentin köməkçisi: "Mədəni irsə əhəmiyyət verilmir" - FOTO
"Görəsən, Şuşada erməni vandalları tərəfindən Vaqifin məqbərəsindən oğurlanan çəhrayı mərmərləri harada istifadə ediblər? Terorçu Paşinyan, onunla sarayını bəzədin?"
Bunu Ermənistanın işğal olunmuş ərazilərdəki mədəni abidələrə qarşı vandal münasibətinə etiraz edən Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov "Twitter" sosial şəbəkəsində bildirib.
E.Hüseynov beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd münasibətinə də etiraz edib: "Mədəni irsə əhəmiyyət verilmir. Görün, Şuşadakı unikal məqbərəyə nə oldu?! Təsəvvür edin ki, bu "Big Ben" və Eyfel qülləsi üçün baş verir. Hələ laqeyd qalacaqsınız? Coğrafiya bu qədərmi məna daşıyır?"
Birinci vitse-prezidentin köməkçisi tezliklə məqbərənin yenidən təmir ediləcəyini qeyd edib: "Şuşa yenidən geri qayıdacaq. Gözləmək uzun çəkməyəcək. Ermənistan tərəfindən vəhşicəsinə dağıdılan Molla Pənah Vaqifin məqbərəsini yenidən bərpa edəcəyik. Təbii, tezliklə!" /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."