Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlıq və dostluğumuzun böyük önəmi var" - Deputat
"Prezident İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılması ölkənin enerji ehtiyatlarının gündən-günə inkişafının bariz nümunəsidir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır. Əlbəttə burada Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlıq və dostluğumuzun da böyük önəmi var".
Bunu azxeber.com-a açıqlamasında Vüqar İskəndərov deyib.
"Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq gələcək perspektivdə daha önəmli layihələrin icra olunmasında böyük rol oynayacaq. Cənab prezidentin də qeyd etdiyi kimi 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması bu ölkə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Biz əlbəttə gördüyümüz işlərlə təkcə region üçün yox, dünyanın ekoloji mühitinin də təmizliyi üçün addımlar atmış oluruq. Birgə əməkdaşlıq həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək. Hazırda mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləmək planlaşdırılır və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq.
Bütün dünyaya da məlumdur ki, bizim zəngin yanacaq ehtiyatlarımızın var. Bunları nəzərə alaraq qeyd etmək olar ki, biz yaşıl gündəliyə doğru irəliləyirik. Artıq Azərbaycana etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq "Masdar" şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib. Beləliklə Azərbaycan demək olar bütün sahələrdə qarşısına qoyduğu məqsədlərə vaxtında və qüsursuz olaraq çata bilir. Əlbəttə bunun da əsas səbəbi siyasi iradə və cəmiyyətdəki birlikdir".

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ