Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Ermənistanın işğalçı siyasətinə etiraz edirlər
Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Ermənistanın işğalçı siyasətinə etiraz edirlər
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən azərbaycanlı icması işğalçı Ermənistanın son hərbi təxribatları ilə bağlı yerli və xarici təşkilatlara, eləcə də, kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi, şərqşünas, tədqiqatçı alim Şəhrizad Süleyman bildirib ki, bəyanatda Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində işğalçı Ermənistanın xaincəsinə hərbi təxribatlar törətməsinə, sərhəd boyunca yerləşən hərbi obyektləri və yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoymasına, hərbçilərimizin və mülki əhalinin arasında ölüm və yaralanma hallarının baş verməsinə etiraz edilib.
Ölkəmizin beynəlxalq miqyasda siyasi və iqtisadi uğurlarını həzm edə bilməyən işğalçı Ermənistan dövlətinin Cenevrə Konvensiyasının qaydalarını, beynəlxalq hüquq normalarını kobudcasına pozduğu və vandalizm aktlarını davam etdirdiyi vurğulanıb.
Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, bölgədə sülhün bərqərar olması naminə dünya birliyindən qətiyyətli addımlar atılması tələb olunub.
Bundan başqa, BƏƏ-nin yerli mətbuatında – "əl-Fəcr" qəzetində və "Sharjah24", "Mebusiness.ae", "Uae_barq" kimi internet portallarında Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasəti, beynəlxalq hüquq normalarına və prinsiplərinə zidd əməlləri, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Azərbaycanın əzəli torpaqları olması ilə bağlı müxtəlif məqalələr dərc olunub: /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə