Bişkeklə Düşənbə arasındakı vəziyyətin gərginləşməsi kimə sərf edir? - MÜSAHİBƏ

Bişkeklə Düşənbə arasındakı vəziyyətin gərginləşməsi kimə sərf edir? - MÜSAHİBƏBişkeklə Düşənbə arasındakı vəziyyətin gərginləşməsi kimə sərf edir? - MÜSAHİBƏ
Qırğızıstan və Tacikistan arasında baş verən qarşıdurmalar barədə məlumat aprelin 29-da verilsə də, əslində toqquşmalar yerli KİV-lərin xəbəri yaymasından bir gün əvvəl başlayıb.
Bu haqda Caliber.Az-a qırğızıstanlı politoloq, regional təhlükəsizlik üzrə ekspert Mars Sarıyev məlumat verib.
Xatırladaq ki, iki ölkə arasında vəziyyətin kəskinləşməsi su resurslarının bölüşdürülməsi ilə bağlı olub.
Orta Asiya üçün bu son dərəcə həssas bir mövzudur.
29 aprel axşam saatlarında Qırğızıstan və Tacikistan atəşi dayandırmağa və qoşunlarını əvvəlki yerləşdirildikləri yerə geri çəkmək barədə razılığa gəlib.
Bununla yanaşı, silahlı qarşıdurma nəticəsində hər iki tərəfdən ölən və xəsarət alanlar var.
Qırğızıstan və Tacikistan sərhədində nə baş verir, bu hadisələr gözlənilmədən baş verdimi?
Mars Sarıyevin sözlərinə görə, məsələ təkcə "su böhranı" ilə əlaqədar deyil.
- Qırğızıstanın Batken bölgəsi Tacikistanın Sogd vilayəti ilə həmsərhəddir. Burada çətinliklər həmişə, hələ Sovetlər dövründə də olub. Sərhədlərin delimitasiyası və demarkasiyası hələ tamamlanmayıb, evlər sözün əsl mənasında şahmat qaydası ilə yerləşib.
Bundan əlavə, bina Qırğızıstan bostan isə Tacikistan ərazisinə daxil ola bilər, sərhəd isə yolun ortasında yerləşə bilər.
Hazırkı münaqişə ilk belə hal deyil. Ancaq indi Tacikistan tərəfdən minaatanlardan atəş açıldı. Bizimkilərin cavabı atıcı silahlarla məhdudlaşdı. Ancaq iki gün ərzində gərginlik kəskinləşdi. Mən düşünürəm ki, Tacikistan tərəfi münaqişəni qəsdən qızışdırdı.
"Qolovnaya" supaylama məntəqəsi var. O, Qırğızıstan ərazisində yerləşir və suyu qrafiklə Qırğızıstan və Tacikistan arasında paylayır. Və birdən Tacikistan tərəfi suyun səviyyəsini ölçmək üçün dirəklərə videokamera qoymağa başladı. Bu, Qırğızıstan ərazisində baş verirdi. Təbii ki, bu hadisə sərhədçilərimizi və yerli sakinləri narazı saldı. Konflikt böyüməyə başladı, Tacikistan Qırğızıstan sərhədçilərinin beş zastavasına atəş açdı, minaatanlardan istifadə edildi. Zastavalardan biri yandı. Buna cavab olaraq Qırğızıstan tərəfi Tacikistana məxsus sərhəd postunu ələ keçirdi. Hər iki tərəfdən ölənlər və çox sayda yaralı var. Vəziyyət gərgin olaraq qalmaqda davam edir. Hələ anklavlar məsələsi də var, əlavə olaraq Qırğızıstan su anbarı tikmək niyyətini açıqladı, axı bütün çay axınları bizim dağlarımızdan gəlir. Düşünürəm ki, məhz buna görə Tacikistan tərəfi "Qolovnaya" supaylama məntəqəsini ələ keçirməyə cəhd göstərdi.
- Ancaq həm Qırğızıstan, həm də Tacikistan eyni hərbi ittifaqın - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.
- Bəli və məhz bir gün əvvəl Düşənbədə KTMT-nin iclası keçirilmişdi. Əlbəttə ki, bu konflikt nə Tacikistana, nə də Qırğızıstana fayda vermir. Düşünürəm ki, Tacikistan hansısa üçüncü qüvvə tərəfindən təhrik edilir.
Tacikistanda vətəndaş müharibəsi olanda qaçqınlar üçün dəhliz açan Qırğızıstan idi, onlar başqa heç bir yerə getmədilər. Bişkekdə Tacikistan müxalifəti ilə hökumət arasında protokol imzalandı. İndi baş verənlər Tacikistanın öz fəaliyyətində azad olmadığını göstərir. Böyük bir geopolitik oyun gedir. Tacikistan öz-özlüyündə çəkinmədən Qırğızıstanla bu qədər açıq münaqişəyə girməzdi.
- Artıq Rusiyanı hakim kimi çıxış etməyə çağıran səslər eşidilir. Ancaq sual yaranır: baş verənlər kimlərə sərf edirdi?
- Mənim nöqteyi-nəzərimə görə indi Tacikistanla baş verənlər Cənubi Qafqazdakı hadisələrlə müqayisə edilə bilər. Ermənistan türk mühasirəsindədir. Farsdilli Tacikistan da həmçinin. Düşənbə Cənubi Qafqazda baş verənləri yaxından izlədi, çünki türk komponentinin güclənməsi Orta Asiyaya da təsir edir. İndi Qırğızıstan və Özbəkistan arasında əlaqələrin güclənməsi baş verir, Türk Şurasının əməkdaşlığı inkişaf edir. Əlbəttə ki, bütün bunlar farsdilli Tacikistanı narahat edir. Orta Asiyada vəziyyətin gərginləşməsinə təkan verən geosiyasi oyunçular var. Bunun kimə faydası var? Düşünürəm ki, yaxın gələcəkdə aydın olacaq. /oxu.az

Siyasi       Tarix: 30 aprel 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda oxu.az xeberler qurban bayrami 2026 sonxeberler