Bitkoinin kəskin bahalaşması manata təhlükə yaradırmı? - VACİB AÇIQLAMA

Bitkoinin kəskin bahalaşması manata təhlükə yaradırmı? - VACİB AÇIQLAMABeynəlxalq maliyyə bazarlarında Bitkoinin qiymət artımı davam edir. Aparıcı kriptovalyuta birjası "Binance"ın məlumatlarına əsasən, kriptovalyutanın dəyəri tarixində ilk dəfə ən yüksək səviyyəyə çataraq 93 min ABŞ dolları həddini keçib.
KONKRET.az xəbər verir ki, bu, bazar üçün yeni bir rekord hesab olunur. Yaxın gələcəkdə "Bitcoin" qiymətinin yüksəlmə ehtimalı böyükdür ki, bu da investorların marağını daha da artırır.
Bəs, Bitkoninin qiymətinin bahalaşması Azərbaycan manatı üçün hər hansı təhlükə yaradırmı? Bu suala cavab tapmaq üçün millət vəkili Vüqar Bayramova müraciət etdik. Deputat BAKU.WS-ə açıqlamasında bildirib ki, Bitkoinin bahalaşması ilə yanaşı, eyni zamanda ABŞ-də digər indekslərdə də artımlar müşahidə olunub:
"Bitkoin virtual valyutadır və praktik olaraq dolların məzənnəsinə təsir göstərmir. Eyni zamanda, manatın məzənnəsi ilə birbaşa əlaqəsi yoxdur. Amma virtual valyutaların, eləcə də qlobal valyuta bazarındakı dəyişikliklərə uyğun olaraq Mərkəzi Bank məzənnə siyasətini müəyyənləşdirir. Ona görə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Gözlənilir ki, qlobal valyuta bazarında Amerika Birləşmiş Ştatlarının səhmlərinin, eləcə də bondlarının dəyərində artımlar müşahidə olunacaq. Hələlik kəskin artımlar gözlənilmir, amma gələn ildən etibarən ABŞ-nin yeni prezidentinin müəyyənləşdirdiyi iqtisadi siyasətə uyğun olaraq dəyişikliklərin olacağı gözlənilir".
Vüqar Bayramov əlavə edib ki, valyuta bazarında aktivlik artır və bunun daha da genişlənməsi gözlənilir: "Ona görə həm virtual valyuta bazarında, həm qlobal valyuta bazarında dəyişiklər müşahidə olunur və Bitkoinin qiymətindəki artımlar da məhz bununla bağlıdır. Bu dəyişiklər fonunda Mərkəzi Bank həm intervensiya imkanlarını qoruyub saxlayır, həm də bu dəyişikliklərə uyğun olaraq məzənnə siyasəti ilə bağlı qərarlar qəbul etmək səlahiyyətindədir. Ona görə də Mərkəzi Bankın mövqeyi məhz növbəti dövrlər üçün də həlledici olaraq qalmaqdadır.
Hələlik psixoloji təsirlər məzənnə və qiymət artımlarına gətirib çıxarıb. Yəni Bitkoin və səhmlərin qiymət indekslərdə artımlar var. Amma 2025-ci ilin yanvarından sonra daha real olaraq iqtisadi təsirlər məhz Birləşmiş Ştatlarda həyata keçiriləcək siyasətdən asılı olaraq müəyyənləşəcək".

Sosial       Tarix: 15 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin


azerbaycan xeberleri yeni xeberler son xeberler sosial yardim en son xeber havanın temperaturu xabar az