"Biz buna dözməli olacağıq" - İşçenko tezliklə dolların aqibətinin necə olacağından DANIŞDI

Politoloq Rostislav İşçenko yaxın vaxtlarda dolların hansı aqibətlə üzləşə biləcəyi haqda proqnoz verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, politoloq Vaşinqtonun düşdüyü situasiyadan da danışıb. O, ABŞ-ın beynəlxalq aləmdə baş verən geosiyasi hadisələr fonunda iqtisadi mövqelərini itirməyə başladığını deyib.
Politoloq dolların uzun illər dünyanın ehtiyat valyutası kimi çıxış etdiyini deyib. Amerika maliyyə alətinin bu mövqeyinin ABŞ-a öz iqtisadiyyatını əhəmiyyətli dərəcədə gücləndirməyə, eləcə də digər ölkələrə geosiyasi təsir göstərməyə imkan verdiyini dilə gətirib. Amma indi Vaşinqtonun öz mövqelərini itirəcəyini diqqətə çatdırıb. Bunu dolların yaxın gələcəkdə dünya ehtiyat valyutası statusundan məhrum olacağı ilə əlaqələndirib.
Politoloqun fikrincə, indiki mərhələdə dünyada geosiyasi istiqamətlərdə dəyişiklik müşahidə olunur. Beləliklə, beynəlxalq münasibətlərdə öz qaydalarını tətbiq etməyə çalışan ABŞ hegemon mövqeyini itirərək uğursuzluğa düçar olacaq. Dünya liderinin yerini iqtisadi proseslərə ciddi təsir göstərə bilən bir neçə ölkə tutacaq. Söhbət Rusiya, Çin, Hindistan və Avropa İttifaqı dövlətlərindən gedir.
İşçenko əlavə edib ki, Beynəlxalq aləmdə baş verən geosiyasi hadisələr ABŞ valyutasına ciddi təsir edəcək. Beləliklə, dollar etibarlı maliyyə aləti statusunu itirəcək. Amerika iqtisadiyyatında başlayan problemlər əslində "dollar imperiyası"nı məhv edəcək və bu, yeni beynəlxalq ehtiyat valyutanın formalaşmasına gətirib çıxaracaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 07 may 2022
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xeber son xeberler 2026 axsam.az xeberler enson xeberler