"Biz bunları tam reallıqla dərk etməliyik" - Maliyyə naziri

"Dövlət büdcəsində vacib məqamlardan biri odur ki, bizim vergi daxilolmalarımız azalıb".
KONKRET.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirəsi zamanı bildirib.
Daha sonra nazir deputatların suallarını cavablandırıb: "Deputatlar qeyd etdi ki, qısa müddət ərzində bizim xərclərimiz kəskin artıb. Biz maliyə imkanlarımıza real olaraq baxmalıyıq. Cari ildə dövlət büdcəsinə yenidən baxılmadan sonra büdcəyə edilən dəyişikliklər nəzərə alınmaqla növbəti ilin dövlət büdcəsində vergi daxilolmalarında azalma var. Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq azalıb, yəni iki dəfəyə qədər azalma baş verib. Bu bizi kifayət qədər narahat etməlidir".
S. Şərifovun sözlərinə görə, bunun müəyyən səbəbləri var: "Biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artmışdı. Yanvar-fevral aylarında hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Artıq cari ilin iyul ayında biz bu gəlirləri dövlət büdcəsində əks etdirdik və həmin əlavə gəlirlərimiz işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına və hərbi xərclərimizin yönəltdi".
Maliyyə naziri qeyd edib ki, gəlirlərin azalmasına təsir edən ikinci faktor neft hasilatının azalmasıdır: "Biz bunları tam reallıqla dərk etməliyik. Bizim əsas neft yatağımız olan Azəri-Çıraq-Günəşlinin neçə illər ərzində istismarı nəticəsində onun ehtiyatları tədricən tükənir. Nəticədə hasilatımız azalır. Dünya enerji bazarlarında olduqca müsbət münbit qiymət konyekturası mövcuddur. Hətta bu da nəzərə alınmaqla dövlət büdcəsində neftin qiymətinin proqnozu 60 ABŞ dollarına qaldırılıb, yəni bunları da nəzərə almaqla bizim gəlirlərimiz o qədər də yüksək deyil.
Təkcə bir rəqəmi deyim. Neft qiymətinin 10 ABŞ dolları artımı dövlət büdcəsinin gəlirlərini təxminən 420 milyon manat artırıb. Dövlət Neft Fondunun gəlirlərini daha da çoxaldıb. Bu gün bizdə neftin qiyməti 60 ABŞ dollarıdır, beynəlxalq təşkilatların proqnozlarında təxminən 80 ABŞ dollarıdır. Söhbət təxminən 850 milyon manatdan gedir. Biz növbəti ilin vergi daxilolmalarını qiymətləndirsək, 2 milyard 27 milyon bizim neft sektoru üzrə kəsirimiz əmələ gəlir. Dövlət Neft Şirkətinin vergi daxilolmaları gələn il cari illə müqayisədə daha çox olacaq, yəni 240 milyon manat.
Ən əsası qeyri-neft sektoru üzrə bizim daxilolmalarımız əhəmiyyətli dərəcədə artır. Bu sektordan daxilolmalar 1 milyard manatdan yuxarıdır. Bunları da nəzərə almaqla bizim fərqimiz təxminən 850 milyon manat təşkil edir. Amma bizim qarşımızda proqramlar var və böyük vəzifələr qoyulub. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var. Bu işlərin görülməsi üçün bizim xərclərimiz təxminən cari ilin səviyyəsində saxlanılıb. Burada cüzi, yəni 170 milyon manat artımdan söhbət gedir. Bunu təmin etmək üçün biz Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti gələn il cari illə müqayisədə 1 milyard manat artırmaq məcburiyyətindəyik. Müsbət qiymət konyekturası bizə imkan verir ki, büdcə qaydalarını pozmayaq və Dövlət Neft Fondunun vəsaitlərinin qalığını da saxlayaq".

Sosial       Tarix: 03 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri xankendi sou biznes ensonxeberler en sonxeber