Biz dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq
"Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı zamanı bildirib.
Azərbaycanın uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq".
Turlar.az [newsid: 0-123300]

"Azercell" AWS ilə təlimlər təşkil edib
Yasamalda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub
Yağıntılar nə vaxt kəsəcək? - AÇIQLAMA
Bu smartfon modelləri yeniləmə dəstəyini itirəcək - XƏBƏRDARLIQ
Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi
AZAL Türkiyənin 9-cu şəhərinə uçuşlara başlayır
Elçin ayrılığın dilindən oxudu - "Olmaz olaydı" təqdim olundu
Balakən sakinini sel apardı
Putindən Krımla bağlı GÖSTƏRİŞ - Nə baş verir?
Rusiyada bu yanacaq növü də qadağan edildi
Ərdoğandan ABŞ ilə bağlı önəmli AÇIQLAMA
Ağdamda açıq ərazidə yanğın başladı
Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı
Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU
SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum