"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl

"Azərsun" 2001-ci ildə "Qarabağ"a dəstək verməyə başlayanda biz bugünkü infrastruktura, maliyyə imkanlarına, geniş azarkeş bazasına, oturuşmuş idarəetmə sisteminə və Avropa təcrübəsinə malik hazır bir klub qəbul etməmişdik".
KONKRET.azxəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl saytın mətbuat xidmətinə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, klub çox mürəkkəb bir dövrdən keçirdi:
"Qarabağın işğalı nəticəsində doğma şəhərindən və stadionundan uzaq düşmüşdü, maddi imkanları məhdud idi, bir sıra aparıcı futbolçuları başqa komandalara üz tutmuşdu. Belə bir şəraitdə qarşımızda duran ilk vəzifə böyük nəticələr barədə danışmaq deyil, ilk növbədə "Qarabağ"ı ayaqda saxlamaq və onun gələcəyini təmin etmək idi".
T. Gözəl əlavə edib ki, bu gün gördüyünüz "Qarabağ" bir günün, bir mövsümün və ya bir böyük transferin nəticəsi deyil:
"Klubun indiki səviyyəsinə çatması üçün illər ərzində saysız-hesabsız qərarlar qəbul olunub, səhvlərdən nəticə çıxarılıb, yeni addımlar atılıb, struktur formalaşdırılıb. Biz hazır sistemə daxil olmamışıq, həmin sistemi özümüz qurmuşuq. Ona görə bugünkü "Qarabağ"ı yalnız son matçın hesabı, turnir cədvəlindəki mövqeyi və ya qazandığı bir kubok üzərindən qiymətləndirməyin doğru olmadığını düşünürəm".
"Mən "Qarabağ"ın ən böyük nailiyyətini yalnız çempionluqlarda, ölkə kuboklarında və ya Avropada qazanılan tarixi qələbələrdə görmürəm. Ən böyük nailiyyətlərimizdən biri odur ki, bu illər ərzində klubun öz kimliyini formalaşdıra bilmişik. "Qarabağ"ın artıq öz futbol fəlsəfəsi, idarəetmə mədəniyyəti, transfer yanaşması, iş prinsipləri və dəyərləri var. Bunlar bir neçə ilə yaranmır. Bunun arxasında uzun illərin zəhməti, səbir, qarşılıqlı etimad və ən çətin vaxtlarda belə seçdiyimiz yoldan dönməmək dayanır", – deyə o söyləyib.

İdman       Tarix: 22 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu

"Qalatasaray"ın 21 yaşlı ulduzu Aleksey Batrakov Çempionlar Liqasında əlamətdar bir statistikaya imza atıb. Cəmi dörd oyunda ilk dörd qolunu vuran rusiyalı futbolçu Lionel Messidən (13 oyun) və Kriştiano Ronaldoda

Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edib

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov Abu-Dabidə gürcüstanlı idmançı, UFC-nin keçmiş çempionu Merab Dvalişvili ilə insident yaşayıb. KONKRET.azxəbər verir ki, tərəflər arasında dava noyabrın 11-də otellərdən birinin foyesind

Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu

Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, buna Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub. O, 55 kq çəki dərəcəsində mübarizə aparara

Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırıldı

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk karyerasında ilk dəfə Ukrayna millisinə çağırılıb. xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 26 yaşlı cinah oyunçusu UEFA Millətlə

"Sabah" doğma meydanda xal itirdi

Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib. KONKRET.azxəbər verir ki, günün ikinci matçında "Sabah" "İmişli"ni qəbul edib. "Sabah Arena"da keçirilən qarşılaşma 2:2 hesablı heç-heç

ÇL: Bu gün 9 oyun var

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna start verilir. KONKRET.azxəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma keçiriləcək. UEFA Çempionlar Liqası. Liqa mərhələsi. IV tur. 3 noyabr. Saat 21:45. "Şaxtyo

Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu

İsmail Kartalın komandadan ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxan "Fənərbağça"nın seçimi yerli mütəxəssis olub. KONKRET.azxəbər verir ki, türkiyəli futbol şərhçisi Rıdvan Dilmenin "X" hesabınd

"Fənərbaxça" "Liverpul"u məğlub etdi

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti matçları keçirilib. report-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub. "Sabah" səfərdə "Vikinq"i

Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu

Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Belçikaya 1:2 hesabı ilə məğlub olub. KONKRET.azxəbər verir ki, qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən qarşılaşma İzmirdə baş tutub. Türkiyə millis


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son məlumatlar bu gune olan xeberler en son xəbərlər bugün sosial yardim