Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edib

Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edibRusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov Abu-Dabidə gürcüstanlı idmançı, UFC-nin keçmiş çempionu Merab Dvalişvili ilə insident yaşayıb.
KONKRET.azxəbər verir ki, tərəflər arasında dava noyabrın 11-də otellərdən birinin foyesində baş verib.
"Çempionat" nəşrinin məlumatına görə, Merab Dvalişvili Birləşmiş Ərəb Əmirliklərinə Real American Freestyle güləş turnirində iştirak etmək üçün gəlib.
Gürcüstanlı döyüşçü hadisə ilə bağlı özünün "Instagram" hesabında açıqlama yayıb. Onun sözlərinə görə, Usman Nurmaqomedov dostları ilə birlikdə arxadan yaxınlaşaraq ona və yanında olan dostuna hücum edib.
Dvalişvili bildirib ki, mühafizəçilər onu saxlamağa çalışsalar da, qarşı tərəf onun və dostunun yerə yıxılmasından sonra da zərbələr endirməyə davam edib.
"Mühafizəçilər məni saxlayırdı, onlar isə biz artıq məğlub olub yerə yıxıldıqdan sonra da bizi təpikləməyə davam edirdilər", – deyə gürcüstanlı idmançı bildirib.
Məlumata görə, insidentdə iştirak edən şəxslərin hamısı saxlanılıb, polis Usman Nurmaqomedovu dindirib.
"Çempionat" nəşrinin yazdığına görə, əgər onun təqsiri sübuta yetirilərsə, BƏƏ qanunvericiliyinə əsasən, Nurmaqomedovu bir ilədək həbs cəzası və ya təxminən 2700 dollar məbləğində cərimə gözləyə bilər.
Qeyd edək ki, Usman Nurmaqomedov Professional Fighters League (PFL) təşkilatının yüngül çəki dərəcəsində (70 kq-dək) hazırkı çempionudur.
"Fontanka" nəşrinin məlumatına görə, Merab Dvalişvili ilə Nurmaqomedovlar ailəsi arasında münasibətlər uzun müddətdir gərgin olaraq qalır.
Belə ki, 2025-ci ilin yanvarında Merab Dvalişvili Usmanın doğma qardaşı Umar Nurmaqomedovla döyüşüb. Həmin qarşılaşmada gürcüstanlı idmançı qələbə qazanaraq UFC çempionluq titulunu qoruyub.
Ağagül Mürsəlov,
KONKRET.az

İdman       Tarix: 12 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

FIFA U-15: millimiz sonuncu matçına çıxacaq

Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxacaq. bildirir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Əfqanıstan millisi ilə (83-cü yer uğrunda) qarşılaşacaq. Görüş Hövsa

"Əl-Nəsr"dən Ronaldonu istədilər

Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo və Joao Feliksin noyabrda keçiriləcək Millətlər Liqası oyunlarına hazırlıq prosesinə qoşulması üçün "Əl-Nəsr" klubuna rəsmi müraciət ünvanlayıb. xəbər verir ki

İllik 26 milyon avro maaşdan imtina edir

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi Simone İnzaqi komandadan ayrılmaq qərarına gəlib. KONKRET.azxəbər verir ki, bu barəd insayder Nikolo Skira məlumat yayıb. O bildirib ki, italiyalı mütəxəssi

"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi

Türkiyənin "Fənərbaxça" klubu Azərbaycanın "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskası İstanbul təmsilçisinin sükanı arxasına gətirmək üçün danışıqlara başlayıb.   xəbər verir ki, bu barədə İtaliyanı

"Sabah" doğma meydanda xal itirdi

Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib. KONKRET.azxəbər verir ki, günün ikinci matçında "Sabah" "İmişli"ni qəbul edib. "Sabah Arena"da keçirilən qarşılaşma 2:2 hesablı heç-heç

"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunları çərçivəsində "Qalatasaray" (Türkiyə) evdə "Ştutqart"ı (Almaniya) qəbul edib. KONKRET.azxəbər verir ki, İstanbulda keçirilən matç ev sahiblərini

"Qarabağ"da nə baş verir? - Qurban Qurbanov susmadı

"Qarabağ" Misli Premyer Liqasının X turunda səfərdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib. KONKRET.azxəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransınd

"Fənərbaxça" "Liverpul"u məğlub etdi

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti matçları keçirilib. report-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub. "Sabah" səfərdə "Vikinq"i

"Qalatasaray"ın vitse-prezidenti istefa verdi

"Qalatasaray" klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib. -a istinadla xəbər verir ki, klub rəsmisi bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib. Öztürk oktyabrın 27-də keçirilə


son xeberler azerbaycan xeberleri yeni xeberler butun xeberler maşın realiti şou qurban bayrami 2026 son.xeber