"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Qalatasaray"ın 21 yaşlı ulduzu Aleksey Batrakov Çempionlar Liqasında əlamətdar bir statistikaya imza atıb. Cəmi dörd oyunda ilk dörd qolunu vuran rusiyalı futbolçu Lionel Messidən (13 oyun) və Kriştiano Ronaldodan (30 oyun) daha sürətli start götürüb.
KONKRET.az-ınxəbərinə görə, Batrakov UEFA Çempionlar Liqasının dördüncü həftəsində "Qalatasaray"ın "Ştutqart" üzərində 2:0 hesablı qələbəsinin ulduzu olub. Almaniya komandasına qarşı iki qol vuran 21 yaşlı rusiyalı futbolçu Çempionlar Liqasında ümumi qol sayını dördə çatdıraraq, Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edilən statistikası ilə diqqət çəkib.
Çempionlar Liqasında karyerasında ilk 4 qolunu cəmi 4 oyunda vuran Batrakov, dünya futbolunun iki əfsanəsindən daha sürətli başlanğıc edib. Lionel Messi 13 oyunda eyni sayda qola, Kriştiano Ronaldo isə 30 oyunda çatıb.
– Aleksey Batrakov: 4 oyun
– Lionel Messi: 13 oyun
– Kriştiano Ronaldo: 30 oyun
Bu müqayisə ilə Batrakov Çempionlar Liqasında karyerasının əvvəlində qol məhsuldarlığı baxımından iki ulduzu geridə qoyub.
Bu qarşılaşma ilə Batrakov Çempionlar Liqası karyerasının əvvəlində qol məhsuldarlığı baxımından iki ulduzu geridə qoyub.
"Ştutqart"a qarşı 12-ci və 15-ci dəqiqələrdə qol vuran Batrakov, "Qalatasaray" tarixində Çempionlar Liqası oyununda iki qol vuran ən gənc oyunçu olub. Rusiyalı ulduz həmçinin sarı-qırmızılar tarixində oyunun ilk 15 dəqiqəsində iki qol vuran ilk oyunçu kimi tarixə düşüb.
"Barselona" və "Lill" oyunlarında da qol vuran Batrakov beləliklə, "Qalatasaray" üçün ardıcıl üç Çempionlar Liqası matçında qol vuran ilk yarımmüdafiəçi olub.
Bu mövsüm Çempionlar Liqasında 4 oyunda 4 qol vuran Batrakov hər oyunda orta hesabla 1 qol vurub.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub